Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan basketbolunun gələcəyi Almaniya və Türkiyə komandalarından üstündür - Çempionlar Liqasında iki qələbə; FOTO

“Sabah” basketbol klubunun gənclərdən ibarət komandası bu gün Bosniya və Herseqovinada oyunları başa çatan Gənclər arasında Çempionlar Liqasında 7-ci yeri tutub Azərbaycan basketbolçuları 7-ci yer uğrunda görüşdə bu gün Türkiyənin “Tofaş” komandasına qalib gəlib – 86:60 Xatırladaq ki, “Sabah” qru

0 baxışhaqqin.az
Azərbaycan basketbolunun gələcəyi Almaniya və Türkiyə komandalarından üstündür - Çempionlar Liqasında iki qələbə; FOTO
Paylaş:

“Sabah” basketbol klubunun gənclərdən ibarət komandası bu gün Bosniya və Herseqovinada oyunları başa çatan Gənclər arasında Çempionlar Liqasında 7-ci yeri tutub Azərbaycan basketbolçuları 7-ci yer uğrunda görüşdə bu gün Türkiyənin “Tofaş” komandasına qalib gəlib – 86:60 Xatırladaq ki, “Sabah” qrup mərhələsində əvvəlcə turnirin gələcək finalçıları – Bosniyanın “İqokea” klubuna uduzub (58:88), daha sonra Almaniyanın “Porşe” komandasına qalib gəlib (72:61) Qrupda 2-ci yeri tutan Anar Hacıyevin komandası 5-8-ci yerlər uğrunda mübarizədə iştirak edib. Burada “Sabah” Bosniyanın “Borak”ına uduzub – 60:67 Qeyd edək ki, “Sabah”ın gənclərdən ibarət komandası 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin onurğa sütunudur. Gələcəkdə bu basketbolçuların əksəriyyətinin milli komandada çıxış edəcəyi şübhəsizdir. Bu baxımdan sevinməyə bilmirik ki, bu uşaqlar Almaniya və Türkiyə kimi basketbol ölkələrindən olan həmyaşıdlarını artıq məğlub edirlər Komandaya İsmayıl Abdullayev, Mübariz Mirzəyev, Hüseyn Məmmədov, Musa İsayev, Azər İbrahimov, Oğuzxan Quliyev, Ayxan Aslanov, Uğur Əmrahlı, Tunar Hacızadə, Ağa Ağayev, Hacısəməd Oğuz və Emmanuel Aqbason daxildir Aqbason bu komandanın yeganə milliləşdirilmiş basketbolçusudur. Nigeriyadan olan 16 yaşlı, boyu 206 santimetr olan oğlan bir neçə ildir Azərbaycanda yaşayır və milli komandamızda çıxış edir

Kaynak: haqqin.az

Diğer Haberler