Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

2024-cü ilin yanvarından Azərbaycandan Serbiyaya təbii qaz ixracına başlanması və Niş şəhərində birgə qaz elektrik stansiyası layihəsinin həyata keçirilməsi enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə çatdığını nümayiş etdirir AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri, Az

0 baxışcaliber.az
Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq
Paylaş:

2024-cü ilin yanvarından Azərbaycandan Serbiyaya təbii qaz ixracına başlanması və Niş şəhərində birgə qaz elektrik stansiyası layihəsinin həyata keçirilməsi enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə çatdığını nümayiş etdirir AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri, Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana səfəri çərçivəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib O, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əməkdaşlığın möhkəm siyasi iradə və dövlət başçıları arasında dialoq əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib. Nazirin sözlərinə görə, Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığı təkcə enerji sektoru ilə məhdudlaşmır; Ölkələr arasında yaranmış qarşılıqlı etimad və yüksək səviyyəli siyasi dialoq nəticəsində infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiyalar kimi sahələrdə əməkdaşlıq üçün geniş və real imkanlar formalaşmışdır: “Eyni zamanda, Azərbaycanın əlverişli investisiya mühiti, makroiqtisadi sabitliyi, strateji coğrafi mövqeyi və müasir nəqliyyat və enerji infrastrukturu sayəsində regionda mühüm ticarət və investisiya mərkəzi kimi mövqeyi daha da möhkəmlənib” Maliyyə naziri həmçinin işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihələr üçün imkanların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir

Kaynak: caliber.az

Diğer Haberler