"Bu yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə verəcək" - Nəqliyyat ekspert
"Gələn ildən etibarən şəhərlərarası və ölkədaxili müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların taxoqraf və sürət məhdudlaşdırıcı qurğularla təchiz olunması sürücülərin iş və istirahət rejiminə nəzarəti gücləndirəcək. Həddindən artıq sürət hallarını azaldacaq və yol-nəqliyyat hadisələrinin qa

"Gələn ildən etibarən şəhərlərarası və ölkədaxili müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların taxoqraf və sürət məhdudlaşdırıcı qurğularla təchiz olunması sürücülərin iş və istirahət rejiminə nəzarəti gücləndirəcək. Həddindən artıq sürət hallarını azaldacaq və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə verəcək. Eyni zamanda daşıyıcıların lisenziyalaşdırılması, avtovağzalların sertifikatlaşdırılması və texniki baxış sisteminin gücləndirilməsi sərnişin daşımalarının daha peşəkar və təhlükəsiz şəkildə təşkilinə imkan yaradacaq. Bu yanaşma Avropa İttifaqında tətbiq olunan standartlara uyğunlaşma istiqamətində də vacib addımdır" Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, xüsusilə qeyd etmək lazımdır ki, yol təhlükəsizliyi yalnız yeni yolların tikintisi ilə deyil, həm də nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin iş rejimi və bazarın düzgün tənzimlənməsi ilə təmin edilir: "Şərnişindaşıma sahəsində rəqəmsal taxoqrafların tətbiqinin genişləndirilməsi, avtovağzalların vahid standartlar əsasında fəaliyyət göstərməsi və texniki nəzarət mexanizmlərinin təkmilləşdirilməsi yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə mühüm töhfə verə bilər"


