Tenqri
Ana Səhifə
Dünya

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

Mayın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəali

0 baxışazertag.az
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
Paylaş:

Mayın 5-də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək Həmçinin yeni Qanun ilə müəyyən olunmuş imtiyaz bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur və 2026-cı il sentyabrın 15-dən tətbiq ediləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler