Tenqri
Ana Səhifə
Dünya

Bu şəxslər pensiyaya 5 il tez çıxa bilər - ŞƏRTLƏR

Xüsusilə zərərli və ağır əmək şəraitində çalışan şəxslər müəyyən şərtlər daxilində yaşa görə pensiyaya 5 il daha tez çıxa bilərlər Modern.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departament

0 baxışmodern.az
Bu şəxslər pensiyaya 5 il tez çıxa bilər - ŞƏRTLƏR
Paylaş:

Xüsusilə zərərli və ağır əmək şəraitində çalışan şəxslər müəyyən şərtlər daxilində yaşa görə pensiyaya 5 il daha tez çıxa bilərlər Modern.az xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib Qurum rəsmisinin sözlərinə görə, dənizdə gəmidə işləyənlər və Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulan digər peşə sahibləri üçün güzəştli pensiya hüququ mövcuddur. Bunun üçün şəxsin azı 25 il sığorta stajının və ya pensiya təminatına imkan verən pensiya kapitalının olması, eyni zamanda ən azı 12 il 6 ay müddətində zərərli və ağır əmək şəraitində çalışması tələb olunur "Bu şərtlər yerinə yetirildiyi halda vətəndaş 5 il erkən yaşa görə pensiya hüququ əldə edir. Bu zaman əlilliyin olub-olmaması əsas şərt hesab edilmir. Əgər şəxsin həm güzəştli yaşa görə pensiya, həm də əlilliyə görə pensiya almaq hüququ yaranıbsa, o, qanunvericiliyə uyğun olaraq bu pensiya növlərindən yalnız birini seçə bilər Güzəştli pensiya hüququ verən peşə və vəzifələrin siyahısı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənib. Həmin siyahıda həm fəaliyyət sahələri, həm də zərərli və ağır əmək şəraiti hesab olunan konkret peşə və vəzifələr əksini tapıb Bu kateqoriyaya neft-qaz sənayesi, kimya sənayesi, metallurgiya, nəqliyyatın müəyyən sahələri, dəniz gəmiçiliyi və digər istiqamətlərdə çalışan şəxslər daxildir. Həmin sahələrdə işləyən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər daha erkən yaşda pensiyaya çıxa bilərlər" E.İsmayılov həmçinin nümunə üçün vurğulayıb ki, qaynaqçı peşəsi üzrə güzəştli pensiya hüququ işin xarakterindən asılı olaraq müəyyən edilir: "Belə ki, gəmi gövdəsində qapalı şəraitdə çalışan qaynaqçılarla digər sahələrdə çalışan qaynaqçıların hüquqları fərqli ola bilər. Siyahılarda peşələr və vəzifələr konkret şəkildə göstərildiyindən hər bir hal ayrıca qiymətləndirilir Eyni zamanda bəzi peşələr üzrə əsas vəzifə ilə yanaşı, köməkçi vəzifələrdə çalışan şəxslər də güzəştli pensiya hüququndan yararlana bilirlər. Məsələn, siyahıda qazmaçı nəzərdə tutulubsa, qazmaçı köməkçiləri, yaxud maşinistlər üçün bu hüquq müəyyən edilibsə, maşinist köməkçiləri də həmin güzəştlərdən istifadə edə bilərlər. Vətəndaşlar işlədikləri vəzifənin güzəştli pensiya hüququ verən siyahıda yer alıb-almadığını qanunvericilik bazası vasitəsilə yoxlaya bilərlər", - deyə departament müdiri əlavə edib

Kaynak: modern.az

Diğer Haberler