Tenqri
Ana Səhifə
Dünya

"Bu paytaxta axının azalmasına gətirib çıxaracaq" - Mütəxəssis rəyi

"Əsasən ölkə iqtisadiyyatının 80 faizi paytaxtda formalaşıb. Bu halın qarşısını almaq üçün şəhərlərdə geniş sənaye parklarının, sənaye məhəllələrinin salınması vacibdir. Şəhər kənarında sənaye imkanlarının artırılması şəhərlərin maliyyəsinin formalaşmasında və şəhərlərdə insanların iqtisadi aktivliy

0 baxış525.az
"Bu paytaxta axının azalmasına gətirib çıxaracaq" - Mütəxəssis rəyi
Paylaş:

"Əsasən ölkə iqtisadiyyatının 80 faizi paytaxtda formalaşıb. Bu halın qarşısını almaq üçün şəhərlərdə geniş sənaye parklarının, sənaye məhəllələrinin salınması vacibdir. Şəhər kənarında sənaye imkanlarının artırılması şəhərlərin maliyyəsinin formalaşmasında və şəhərlərdə insanların iqtisadi aktivliyin təmin olunmasında əsaslı rol oynaya bilər" İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a söyləyib. İqtisadçı hesab edir ki, şəhərlər tək yaşayış məskəni deyil, həm də iqtisadi mərkəz kimi nəzərdə tutulmalıdır: “Statistikaya görə, regionlardan şəhərə miqrasiyanın əsas səbəbi işsizlik və sosial infrastrukturun zəifliyidir. Yeni iqtisadi strategiya nəticəsində rayonlarda məşğulluq səviyyəsinin 10-12 faiz artması gözlənilir ki, bu da paytaxta axının azalmasına gətirib çıxaracaq. İdarəçiliyin şəffaflaşması, iqtisadi qərarların yerlərdə daha səmərəli verilməsi və yerli resursların ağıllı idarə olunması nəticəsində regionlarda tarazlı, dayanıqlı və inklüziv inkişaf təmin olunacaq”

Kaynak: 525.az

Diğer Haberler