Bu ölkənin Rusiya ilə sərhədində uzun növbə: Səbəbi nədir?
Rusiya-Estoniya sərhədində yerləşən “Narva-1” buraxılış məntəqəsindən keçidi sürətləndirmək hazırda mümkün deyil Publika.az xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri İqor Taro bildirib Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr gömrük xidmətinin həyata keçirdiy

Rusiya-Estoniya sərhədində yerləşən “Narva-1” buraxılış məntəqəsindən keçidi sürətləndirmək hazırda mümkün deyil Publika.az xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri İqor Taro bildirib Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsində yaranan uzun növbələr gömrük xidmətinin həyata keçirdiyi gücləndirilmiş yoxlamalarla bağlıdır. Nazir qeyd edib ki, bu tədbirlər Rusiyaya sanksiyalara məruz qalan malların çıxarılmasının qarşısını almaq məqsədi daşıyır İqor Taro vurğulayıb ki, Daxili İşlər Nazirliyi gömrük xidmətinin fəaliyyətinə cavabdeh deyil və yoxlamaların sürətinə təsir göstərə bilməz. O, həmçinin Estoniya Xarici İşlər Nazirliyinin vətəndaşlara Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə etdiyini xatırladıb Nazirin sözlərinə görə, “Narva-1” keçid məntəqəsinin yerləşdiyi ərazi xüsusiyyətləri səbəbindən növbədə gözləyən şəxslərin binanın daxilində yerləşdirilməsi və onlar üçün əlavə istirahət yerlərinin yaradılması mümkün deyil Taro əlavə sərhəd-keçid məntəqələrinin açılması və ya avtobus sərnişinləri üçün ayrıca nəzarət mexanizminin tətbiqi ilə bağlı təklifləri də rədd edib O bildirib ki, belə addım atılarsa, digər əməkdaşlar Narvaya cəlb edilməli olacaq ki, bu da əsas keçid məntəqəsinin fəaliyyətini daha da ləngidə bilər Qeyd edək ki, Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən quru keçid məntəqələrinin xüsusi iş rejimini uzadıb və “Narva-1” məntəqəsinin iş vaxtını sutkada 12 saata endirib. Hazırda keçid məntəqəsi yerli vaxtla saat 07:00-dan 19:00-dək fəaliyyət göstərir Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə Zaxarovanın dəb prinsipi: Xoşuma gəlməyəni Moskvadan iddia: Qərb Rusiyaya qarşı çıxmaq üçün bu türk dövlətinə təzyiq edir ABŞ Ermənistana verdiyi vədləri yerinə yetirməyib - Zaxarova Dünya liderlərinə çar süfrəsi açılacaq: Sankt-Peterburq forumunun qeyri-adi menyusu KTMT-dən mühüm addım: Təşkilat hərbi potensialını artırır Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?


