Bu ölkədə "Flaminqo inqilabı" baş verir
Albaniyada son iki həftədir davam edən kütləvi etiraz aksiyaları ölkənin siyasi gündəmini dəyişib Modern.az xəbər verir bu barədə "Bloomberg" nəşri məlumat yayıb Nəşrin məlumatına görə, paytaxt Tiranda minlərlə insan əvvəlcə Sazan adası və Zverneç yarımadasında elit kurortların tikintisinə qarşı e

Albaniyada son iki həftədir davam edən kütləvi etiraz aksiyaları ölkənin siyasi gündəmini dəyişib Modern.az xəbər verir bu barədə "Bloomberg" nəşri məlumat yayıb Nəşrin məlumatına görə, paytaxt Tiranda minlərlə insan əvvəlcə Sazan adası və Zverneç yarımadasında elit kurortların tikintisinə qarşı etiraz etsə də, aksiyalar sonradan hakimiyyətin dəyişdirilməsi tələbləri ilə müşayiət olunan geniş ictimai hərəkat xarakteri alıb Etirazçılar hesab edirlər ki, hökumət iri investisiya layihələri naminə ölkənin təbii sərvətlərini və ekoloji tarazlığını təhlükə altına atır Məlumata görə, narazılığa səbəb olan layihələrdən biri ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin 5 milyard dollar dəyərində investisiya layihəsidir. Layihə Sazan adası və Zverneç yarımadasında turizm obyektlərinin inşasını nəzərdə tutur Aksiyaların əsas xüsusiyyətlərindən biri onların hər hansı siyasi partiya və ya lider tərəfindən idarə edilməməsidir. Etirazlar əsasən sosial şəbəkələr vasitəsilə koordinasiya olunur Hər gün axşam saatlarında tələbələr, ekoloqlar, müxtəlif sahələr üzrə mütəxəssislər və adi vətəndaşlar Tirandakı Skanderbeq meydanına toplaşaraq Baş nazir Edi Ramanın ofisinə doğru yürüş edirlər Etirazçıların əsas tələbləri bunlardır: Sazan adası və Zverneç yarımadasında tikinti layihələrinin dayandırılması; Strateji investorlar üçün nəzərdə tutulan güzəştlərin ləğv edilməsi; Xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunmasının gücləndirilməsi Baş verən hadisələr Avropa İttifaqının da diqqətini cəlb edib. Avropa Komissiyası Albaniyanı ekoloji normaların pozulmasının ölkənin Aİ-yə üzvlük prosesinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdar edib Buna baxmayaraq, Albaniya hökuməti layihələrdən imtina etmək niyyətində olmadığını bildirib. Rəsmi Tirana həmin investisiyaların turizmin və ölkə iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayır


