“Bu kirayə bazarında təzyiqi artırır” - Əmlak eksperti
“Köhnə mənzil fondu sıradan çıxdıqca və onun yerində yeni binalar tikildikcə, kirayə mənzil tapmaq daha da çətinləşir və qiymətlər yüksəlir” Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı 525.az-a bildirib. Ekspertin sözlərinə əsasən, şəhərsalma prosesinin sürətlənməsi də bu vəziyyətə təsir göstə

“Köhnə mənzil fondu sıradan çıxdıqca və onun yerində yeni binalar tikildikcə, kirayə mənzil tapmaq daha da çətinləşir və qiymətlər yüksəlir” Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı 525.az-a bildirib. Ekspertin sözlərinə əsasən, şəhərsalma prosesinin sürətlənməsi də bu vəziyyətə təsir göstərir: “Şəhərsalma proqramlarının icrası nəticəsində bazara yeni tələb formalaşdıran alıcı və kirayəçi kütləsi daxil olur. Bu isə kirayə bazarında təzyiqi artırır. Aparılan təhlillər göstərir ki, kirayə mənzil bazarında qiymət artımını şərtləndirən amillər kifayət qədər çoxdur və onların əksəriyyəti uzunmüddətli xarakter daşıyır”


