Bu ilin 4 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108 milyon manat vəsait ödənilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində 23 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib AZƏRTAC Əmlak Məsələlə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində 23 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 413 nəqliyyat vasitəsi özəlləşdirilib AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 89,6 milyon manat təşkil edib Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 197-si qeyri-yaşayış, 1439-u torpaq sahələri üzrə olmaqla 1636 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 18,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub Beləliklə, 2026-cı ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 108,1 milyon manat vəsait daxil olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


