Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” tədbiri keçirilib Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi anılı

Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” tədbiri keçirilib Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi anılıb Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında, peşə fəaliyyətlərində və karyeralarında uğurlar arzulayıb, məzunların universitetdə əldə etdikləri biliklər əsasında yüksəkixtisaslı mütəxəssislər kimi fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib Rektor diqqətə çatdırıb ki, bu tədris ilində universitetdə ümumilikdə 2000-dən çox tələbə məzun olur. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif sahələrdə bakalavriat səviyyəsi üzrə 46 ixtisas, magistratura səviyyəsi üzrə isə 23 ixtisas üzrə 64 ixtisaslaşmaya aid kadrlar yetişir. Son 10 ildə isə Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı 2 dəfə artıb Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunlara səmimi ürək sözlərini çatdırıb, Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop məzunlara uğurlar arzulayıb Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman təqdim olunub “Məzun Günü” konsert proqramı ilə davam edib və atəşfəşanlıqla başa çatıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


