Tenqri
Ana Səhifə
Dünya

Bu il 5600 nəfər üçün peşə kursları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, onlardan 1900 nəfər üçün agentliyin Bakı

0 baxışazertag.az
Bu il 5600 nəfər üçün peşə kursları təşkil edilib
Paylaş:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib Bildirilib ki, onlardan 1900 nəfər üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler