Tenqri
Ana Səhifə
Dünya

"Bu həm vaxt itkisini azaldacaq, həm də sənəd dövriyyəsindəki gecikmələri minimuma endirəcək" - Mütəxəssis rəyi

“Məlum olduğu kimi, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edib. Qərara əsasən, “İcazə” blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi ilə edən ölkələrlə mübadilə ya

0 baxış525.az
"Bu həm vaxt itkisini azaldacaq, həm də sənəd dövriyyəsindəki gecikmələri minimuma endirəcək" - Mütəxəssis rəyi
Paylaş:

“Məlum olduğu kimi, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edib. Qərara əsasən, “İcazə” blanklarının elektron mübadiləsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi ilə edən ölkələrlə mübadilə yalnız elektron qaydada, digər ölkələr ilə mübadilə isə kağız daşıyıcıda həyata keçirilir. “Elektron mübadilə olan ölkələrlə sənədlər artıq kağız daşıyıcı olmadan, birbaşa rəqəmsal sistem üzərindən həyata keçiriləcək. Bu isə həm vaxt itkisini azaldacaq, həm də sənəd dövriyyəsindəki gecikmələri minimuma endirəcək” İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a deyib. İqtisadçının sözlərinə görə, nəticədə sərhəd-keçid prosesləri daha sürətli olacaq, nəqliyyat şirkətləri üçün bürokratik maneələr azalacaq və logistika zənciri daha səmərəli işləyəcək. Eyni zamanda insan faktorunun azalması korrupsiya risklərini də aşağı sala bilər və prosesin şəffaflığını artıra bilər

Kaynak: 525.az

Diğer Haberler