Tenqri
Ana Səhifə
Dünya

Bu göstəriciyə görə dünyanın ilk 10 ölkəsi sırasındayıq

BMT Baş katibinin hesabatına əsasən, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə hədəflərinin yalnız 17 faizi üzrə irəliləyiş plan üzrə gedir. Qalan 83 faiz isə ya çox ləng irəliləyir, ya dayanıb, ya da geriyə doğru hərəkət edir Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupun

0 baxışmodern.az
Bu göstəriciyə görə dünyanın ilk 10 ölkəsi sırasındayıq
Paylaş:

BMT Baş katibinin hesabatına əsasən, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə hədəflərinin yalnız 17 faizi üzrə irəliləyiş plan üzrə gedir. Qalan 83 faiz isə ya çox ləng irəliləyir, ya dayanıb, ya da geriyə doğru hərəkət edir Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində 8-ci SDG Dialoqu – “Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi ODA-dan Kənar” adlı panel sessiyada Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib Nazir müşaviri qeyd edib ki, iqlim dəyişiklikləri, ərzaq və su təhlükəsizliyi problemləri, enerji keçidinin xərcləri və sosial bərabərsizliklər inkişaf gündəliyinə ciddi təzyiq yaradır: “Ənənəvi inkişaf yardımları getdikcə məhdudlaşır, bir çox orta gəlirli ölkələr isə güzəştli maliyyə resurslarına çıxışda çətinliklərlə üzləşirlər” O həmçinin vurğulayıb ki, mövcud şərait innovativ maliyyələşdirmə mexanizmlərinin əhəmiyyətini artırır: “Yaşıl maliyyə, İslam maliyyəsi, rəqəmsal maliyyə, qarışıq maliyyələşdirmə və dövlət-özəl tərəfdaşlığı kimi alətlər dayanıqlı inkişafın maliyyələşdirilməsində getdikcə daha vacib rol oynayır” H.Hüseynov onu da əlavə edib ki, Azərbaycan MDB məkanında DİM-lər üzrə dörd Könüllü Milli İcmal təqdim edən və bu göstəriciyə görə dünyanın ilk 10 ölkəsi sırasında yer alan yeganə dövlətdir “Hazırda ölkənin beşinci milli icmalının hazırlanması istiqamətində işlər aparılır. Azərbaycan DİM-lərin maliyyələşdirilməsi üçün İnteqrasiya edilmiş Milli Maliyyələşdirmə Çərçivəsindən (INFF) və SDG Investor Map alətlərindən istifadə edir, eyni zamanda dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir”, - deyə o qeyd edib

Kaynak: modern.az

Diğer Haberler