“Bu, eyni siyasətin daha səmərəli həyata keçirilməsinə gətirib çıxaracaq” - Deputat
Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd olunub k

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Qeyd olunub ki, Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq Bunu zəruri edən odur ki, Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir Beynəlxalq təcrübəyə nəzər salanda, oxşar modellər özünü göstərir. Yəni media sahəsində tənzimləmə və inkişaf funksiyaları vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilir ki, bu da daha effektiv nəticələr verir. Məsələn, Böyük Britaniyada Ofcom, Fransada CSA (hazırda ARCOM) qeyd edilən funksiyaları vahid qurum daxilində həyata keçirir Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır Milli Məclisin deputatı Hikmət Babaoğlu “525”ə şərhində bildirib ki, bənzər funksiyanı həyata keçirən subyektlərin birləşməsi daha səmərəli fəaliyyətin təşkili üçün olduqca vacibdir. Onun sözlərinə görə, nəticə etibarilə, söhbət ölkənin informasiya siyasətindən və onun keyfiyyətindən gedirsə, burda informasiya subyektləri və onların funksiyalarına konseptual yanaşma lazımdır “Belə olan halda, biz görəcəyik ki, Audiovizual Şura da, Medianın İnkişafı Agentliyi də müxtəlif seqmentlər üzrə informasiya siyasətinin müəyyənləşdirilməsi, onun izlənilməsi, informasiyanın idarəedilməsinin səmərəli formasının tapılmasına xidmət edir. Əlbəttə ki, birlikdə fəaliyyət daha operativ və daha keyfiyyətli idarə etmək üçün yaxşı əsaslar yarada bilər. Üstəlik, hazırkı mərhələdə medianın əsas funksiyalarından biri də analitik təhlil aparmaq, ictimai rəyi öyrənmək funksiyasıdır”, - deputat deyib O əlavə edib ki, bu gün hazırkı informasiya cəmiyyətində media subyektləri yeni keyfiyyətlər qazanırlar: “Ona görə də düşünürəm ki, bir müddət əvvəl Sosial Tədqiqatlar Mərkəzinin də bu islahatlar prosesinə cəlb olunması ən doğru addım idi. Nəticədə biz daha çevik və daha səmərəli fəaliyyət göstərən bir subyekt yarada biləcəyik və bu, subyekt informasiya münasibətlərini tənzimləyəcək, onun keyfiyyətini müəyyən edəcəkdir. Buna görə də hesab edirəm ki, belə bir addım atılması zəruridir, çünki yekunda eyni siyasətin daha səmərəli formada həyata keçirilməsinə gətirib çıxaracaqdır”
Diğer Haberler

Çeler: Vətəndaşlar siyasətçilərlə aralarındakı uçurumun bağlanmasını istəyir - Kıbrıs Qəzeti - Kıbrıs Xəbərləri, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri
Siyasət, diplomatiya, səhvlər oyun deyil... - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri
