Tenqri
Ana Səhifə
Dünya

"Bu, avtovağzaldan istifadə təcrübəsi az olan sərnişinlər üçün əhəmiyyət daşıyır" - Nəqliyyat ekspert

"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin real vaxt rejimində hərəkət cədvəlinin Google Maps-a inteqrasiyası səfər planlaşdırmasını asanlaşdırır, gözləmə vaxtlarını azaltmağa və marşrut seçimini daha rahat etməyə imkan verir. Bununla yanaşı, xəritədə marşrutların (trayektoriyaların) daha dəqiq göstər

0 baxış525.az
"Bu, avtovağzaldan istifadə təcrübəsi az olan sərnişinlər üçün əhəmiyyət daşıyır" - Nəqliyyat ekspert
Paylaş:

"Bakı Beynəlxalq Avtovağzal Kompleksinin real vaxt rejimində hərəkət cədvəlinin Google Maps-a inteqrasiyası səfər planlaşdırmasını asanlaşdırır, gözləmə vaxtlarını azaltmağa və marşrut seçimini daha rahat etməyə imkan verir. Bununla yanaşı, xəritədə marşrutların (trayektoriyaların) daha dəqiq göstərilməsi, dayanacaqların, platformaların və gediş-gəliş nöqtələrinin optimallaşdırılması da vacibdir. Bu, xüsusilə şəhərə ilk dəfə gələn və ya avtovağzaldan istifadə təcrübəsi az olan sərnişinlər üçün əhəmiyyət daşıyır. Oxşar həllərin Heydər Əliyev Beynəlxalq Hava Limanı tərəfindən də geniş tətbiqi hava nəqliyyatında səfər planlamasını daha rahat edə bilər. Real vaxtda uçuş məlumatları, terminallararası hərəkət, ictimai nəqliyyat əlaqələri və hava limanı daxilində naviqasiya imkanlarının xəritə xidmətləri ilə daha sıx inteqrasiyası sərnişin təcrübəsini yaxşılaşdırar" Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, əmir yolu sahəsində də müəyyən inteqrasiya işləri aparılıb və marşrutlar xəritədə görünür. Lakin bəzi hallarda trayektoriyalar tam dəqiq əks olunmur. Azərbaycan Dəmir Yolları üzrə marşrutların, stansiyaların və hərəkət istiqamətlərinin daha dəqiq xəritələndirilməsi, qatarların real vaxt mövqeyi, gecikmələr və platforma məlumatlarının təqdim edilməsi multimodal səfər planlaşdırmasını daha da təkmilləşdirə bilər: "Digər vacib məqam isə tarif məlumatlarıdır. Avtobus, dəmir yolu və hava nəqliyyatı üzrə qiymətlərin də Google Maps kimi platformalarda göstərilməsi sərnişinlərə alternativ marşrutları yalnız vaxt baxımından deyil, xərc baxımından da müqayisə etmək imkanı verər. Bu, daha məlumatlı seçim etməyə və ictimai nəqliyyatdan istifadənin cəlbediciliyini artırmağa kömək edər Nəqliyyat sisteminin rəqəmsallaşmasında əsas məqsəd təkcə cədvəlləri paylaşmaq deyil, sərnişinə “qapıdan-qapıya” fasiləsiz və real vaxt rejimində marşrut, vaxt, gecikmə, platforma və qiymət məlumatlarını təqdim etməkdir. Bu istiqamətdə avtovağzal, hava limanı və dəmir yolu arasında vahid məlumat ekosisteminin formalaşdırılması növbəti mərhələ ola bilər"

Kaynak: 525.az

Diğer Haberler