Tenqri
Ana Səhifə
Dünya

Bütün kənd bir gecədə necə yoxa çıxdı? - Dəhşətli tarix(FOTOLAR)

İngiltərənin Devon qraflığında dünyanın ən dəhşətli ərazilərindən biri kimi tanınan məşhur kənd var Publika.az "Express" nəşrinə istinadən xəbər verir ki, Halsends adlı bu yaşayış məntəqəsi illərdir ki, faciəvi və qorxulu tarixi ilə turistləri özünə cəlb edir. Belə ki, balıqçı kəndi olan Halsends 1

0 baxışpublika.az
Bütün kənd bir gecədə necə yoxa çıxdı? - Dəhşətli tarix(FOTOLAR)
Paylaş:

İngiltərənin Devon qraflığında dünyanın ən dəhşətli ərazilərindən biri kimi tanınan məşhur kənd var Publika.az "Express" nəşrinə istinadən xəbər verir ki, Halsends adlı bu yaşayış məntəqəsi illərdir ki, faciəvi və qorxulu tarixi ilə turistləri özünə cəlb edir. Belə ki, balıqçı kəndi olan Halsends 1917-ci ildə su altında qalaraq yoxa çıxıb Məqalədə yazılıb: "Bu ərazi əslində möhtəşəm mənzərəyə malik sahil əraziləri ilə məşhurdur. Lakin bu gözl mənzərə yaradan sahil xətti təbiətin "şıltaqlığı" səbəbindən ortaya çıxmayıb. Əksinə, bu, insan əməyinin nəticəsidir. Bu gün Halsendsin ərazisi əsasən dalğaların altında qalır" "Time Out" jurnalı isə bu kəndi Britaniyanın ən qorxulu kəndlərindən biri adlandırıb 19-cu əsrin 90-cı illərdə hakimiyyət orqanları kənddən 48 km məsafədə yerləşən Kaymdakı dəniz donanmasını genişləndirmək qərarına gəliblər. Bunun ardınca ölkənin ən böyük şirkətlərindən biri olan "Sir John Jackson Limited" ilə məlum planla bağlı 1896-cı ildə müqavilə imzalanıb Ticarət nazirliyi şirkətə Halsends və Bisands arasındakı sahil boyu ərazilərdən çınqıl çıxarmaq üçün icazə verib. Sakinlərlə isə bu mövzuda məsləhətləşmələr aparılmayıb. Lakin onlar həminvaxt bu prosesə etiraz ediblər Bundan sonra Ticarət Nazirliyi araşdırmaların aparılmasına icazə verib və nəticədə şirkət Hallsends sakinlərinə ildə 125 funt sterlinq ödəməyə razı olub "Express" yazıb: "Bundan sonra qum və çınqıl hasilatının uzunmüddətli təsiri ilə bağlı narahatlıqlar azalıb və bölgədə həyat normal axarına qayıdıb. Amma üç il sonra güclü fırtınalar yenidən sahili bürüyüb və dəniz sahilini, qayalıqları və dambanın bir hissəsini yuyub dağıdıb. 26 yanvar 1917-ci ildə isə bütün Hallsends kəndi dənizə qərq olaraq yox oldu" O da məlum olub ki, güclü küləklər və olduqca hündür dalğalar sahilboyu qurulmuş məşhur kəndi yuyub aparmazdan əvvəl orada 128 nəfər yaşayıb və 29 ev olub "Deyilənə görə, bütün kəndin yox olması cəmi iki fırtınalı gecədə baş verib. (Bəzi mənbələrdə 1 gecə-red.) Hərçənd bu fəlakəti insanlar özləri yaradıblar və kəndin suya qərq olması üçün illərlə dırnaq arası "hazırlıq" görüblər. Torpaqların suya qərq olması yerli çimərlik və sahil ərazilərdən çınqılların çıxarılması nəticəsində baş verdi. Bir vaxtlar çiçəklənən kənd icmasından indi yalnız bir neçə xaraba evin daş divarları qalıb",- müəllif yazıb Bu gün Beynəlxalq Novruz Günüdür Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur - Foto Azərbaycanda qədim karvansaray aşkarlandı - FOTO Arxeoloqlar tarixin ən böyük gəmisini tapdı Azərbaycanda bəzi tarixi-mədəniyyət abidələrinin adları bərpa edildi - SİYAHI Qobustan qoruğunda yeni qayaüstü təsvir aşkarlandı - FOTO Bu qidalar dəridə tünd ləkələrə səbəb olurmuş Kanadanın Baş naziri ABŞ əleyhinə elə sözlər dedi ki İslam Maxaçevi qarət etdilər - Fotolar Alyona Əliyevadan Pasxa bayramı ilə bağlı paylaşım - Foto "Al Jazeera": Livana hücum nəticəsində 24 nəfər öldü Serialda tərəf müqabili idilər, real həyatda evləndilər - Fotolar Əməkdar artist: "Ona dedim ki, siz mənim yaşamaq ümidimi əlimdən alırsınız" Sabaha olan hava proqnozu açıqlandı

Kaynak: publika.az

Diğer Haberler