QDTİB Azərbaycanla yeni layihələr üzrə əməkdaşlığı genişləndirməyə hazır olduğunu elan edir
BAKI, Azərbaycan, 1 iyul. Trend in müxbiri tədbirdən xəbər verir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ölkənin davamlı inkişafına töhfə verən yeni layihələrin həyata keçirilməsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır Onun sözlərinə görə, son onilliklər ərzində Azərbaycan di

BAKI, Azərbaycan, 1 iyul. Trend in müxbiri tədbirdən xəbər verir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ölkənin davamlı inkişafına töhfə verən yeni layihələrin həyata keçirilməsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır Onun sözlərinə görə, son onilliklər ərzində Azərbaycan dinamik iqtisadiyyata, güclü institutlara, müasir infrastruktura və çoxşaxəli istehsal bazasına malik ölkəyə çevrilib “Bu gün Azərbaycan təkcə aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır QDTİB-in Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq davamlı olaraq inkişaf etmişdir. Bakıda keçirilən illik toplantı yeni tərəfdaşlıqların formalaşdırılması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın inkişafının növbəti mərhələsinə dəstək üçün praktiki mexanizmlərin müzakirəsi üçün mühüm platformadır QDTİB Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsində əməkdaşlığı genişləndirməyə hazırdır”, - bankın prezidenti bildirib İllik iclasda QDTİB-in 2025-ci il üzrə fəaliyyəti də qiymətləndirilib, bankın maliyyə hesabatları təsdiq edilib, 2026-cı il büdcəsi müzakirə edilib Bundan əlavə, iclasda qeyd olunub ki, 2027-ci ildə QDTİB Rəhbərlər Şurasının 29-cu illik toplantısına sədrlik Bolqarıstana keçəcək


