Bruno Fernandesdən rekord! “Mançester Yunayted” 5 qolla qalib gəlib
İngiltərə Premyer Liqasının 37-ci həftəsində "Mançester Yunayted" və "Nottingem Forest" komandaları üz-üzə gəlib. “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” 3-2 hesabı ilə qalib gəlib "Mançester Yunayted"ə qələbə gətirən qollar 5-ci dəqiqədə Luke Şou, 55-ci dəqiqədə Matheus Cunha və 76

İngiltərə Premyer Liqasının 37-ci həftəsində "Mançester Yunayted" və "Nottingem Forest" komandaları üz-üzə gəlib. “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” 3-2 hesabı ilə qalib gəlib "Mançester Yunayted"ə qələbə gətirən qollar 5-ci dəqiqədə Luke Şou, 55-ci dəqiqədə Matheus Cunha və 76-cı dəqiqədə Brayan Mbeumodan gəlib. İngilis sol cinah müdafiəçisi Lyuk Şou 3,5 ildən sonra qol vurub. Nottingem Forestin qollarını 53-cü dəqiqədə Morato və 78-ci dəqiqədə Morqan Gibbs-Uayt vurub "Mançester Yunayted"in heyətində matçı 1 məhsuldar ötürmə ilə tamamlayan Bruno Fernandes İngiltərə Premyer Liqası tarixinə düşüb. Portuqaliyalı ulduz 20 məhsuldar ötürmə ilə Premyer Liqada bir mövsümdə ən çox ötürmə edən Kevin De Bruyne və Thierry Henry rekordunu təkrarladı Bu nəticə ilə "Mançester Yunayted" xallarını 68-ə yüksəldib, "Nottingem Forest" isə 43 xalda qalıb. Liqanın son həftəsində “Mançester Yunayted” səfərdə “Brayton”la qarşılaşacaq. "Nottingem Forest" doğma meydanda "Bornmut"u qəbul edəcək


