"Brüsselin bəyanatları Gürcüstanda radikalizmi təşviq edir” - XİN
“Brüsselin son açıqlamaları və atdığı addımlar Gürcüstan-Avropa İttifaqı (Aİ) münasibətlərini sarsıdır və ölkədə radikalizmi təşviq edir” 525.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Xatırladaq ki, Aİ-nin bu ölkədəki səfiri Pavel Gerçinski Gürcüstanı "qa

“Brüsselin son açıqlamaları və atdığı addımlar Gürcüstan-Avropa İttifaqı (Aİ) münasibətlərini sarsıdır və ölkədə radikalizmi təşviq edir” 525.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Xatırladaq ki, Aİ-nin bu ölkədəki səfiri Pavel Gerçinski Gürcüstanı "qaranlıq bir dövr gözləyir” açıqlamasından sonra XİN-ə çağırılıb. "Brüsselin Gürcüstana qarşı hazırkı siyasəti, addımları və açıqlamaları tərəflər arasında etimadı sarsıdır və Gürcüstan-Aİ tərəfdaşlığına zərər verir. Təəssüf ki, Brüsselin hərəkətləri yalnız Gürcüstan cəmiyyətini daha da qütbləşdirmək və radikal gündəmi təşviq etmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər", - XİN-in bəyanatda deyilir


