Tenqri
Ana Səhifə
Dünya

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Böyük Britaniyada seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı “Brexit” qərarının ləğv edilməsini dəstəkləyir AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin aparıcı sosioloqu və seçki analitiki, professor Con Körtis bildirib Onun sözlərinə görə, 201

0 baxışazertag.az
Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir
Paylaş:

Böyük Britaniyada seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı “Brexit” qərarının ləğv edilməsini dəstəkləyir AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu barədə ölkənin aparıcı sosioloqu və seçki analitiki, professor Con Körtis bildirib Onun sözlərinə görə, 2016-cı ildə keçirilmiş “Brexit” referendumundan sonra ictimai rəydə Avropa İttifaqından çıxmağa münasibət əhəmiyyətli dərəcədə dəyişib. Professor Körtis qeyd edib ki, son on il ərzində keçirilmiş 500-ə yaxın sorğunun nəticələri “Brexit”ə dəstəyin nəzərəçarpacaq dərəcədə azaldığını göstərir Entoni Seldonun müəllifi olduğu və hazırda hissə-hissə nəşr edilən “The Brexit Effect” (“Brexit”in təsiri”) kitabında yer alan məqaləsində Con Körtis yazır ki, “Brexit” ölkədə Avropa İttifaqına üzvlüklə bağlı mübahisələri sona çatdırmayıb “2016-cı il referendumu Böyük Britaniyanın Avropa İttifaqının daxilində, yoxsa xaricində olmalı olduğu ilə bağlı müzakirələrə son qoymadı. Hazırda ölkə elə bir qurumun xaricindədir ki, seçicilərin ən azı cüzi çoxluğu həmin quruma üzv olmaq istəyir”, – deyə o bildirib Professorun fikrincə, əhəmiyyətli sayda seçici artıq Avropa İttifaqından kənarda qalmağın buna dəymədiyi qənaətinə gəlib. O qeyd edib ki, bir çox britaniyalı “Brexit”i böyük məyusluq hesab edir və bu qərarın həm iqtisadi vəziyyətə, həm də immiqrasiya məsələsinə mənfi təsir göstərdiyini düşünür Körtis vurğulayıb ki, “Brexit” qərarı zamanın sınağından keçə bilməyib və son illərdə ölkədə Avropa İttifaqına yenidən qoşulmağa dəstək artmaqdadır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler