Britaniyada 16 yaşından kiçiklər üçün sosial şəbəkələrdən istifadə qadağandır
Bişkek, 08.06.26. /Xəbərlər/. Britaniya hakimiyyəti 16 yaşdan kiçik uşaqlar üçün zərərli hesab edilən onlayn platformalardan istifadəni qadağan etməyi planlaşdırır.Bu barədə AZƏRTAC “Times” qəzetinə istinadla məlumat yayıb Ölkə rəhbərliyi internet üzündən övladlarını itirən valideynlərin fikirlərin

Bişkek, 08.06.26. /Xəbərlər/. Britaniya hakimiyyəti 16 yaşdan kiçik uşaqlar üçün zərərli hesab edilən onlayn platformalardan istifadəni qadağan etməyi planlaşdırır.Bu barədə AZƏRTAC “Times” qəzetinə istinadla məlumat yayıb Ölkə rəhbərliyi internet üzündən övladlarını itirən valideynlərin fikirlərini dinləyərək və ötən ilin dekabrında oxşar qadağa tətbiq edən Avstraliya təcrübəsini nəzərə alaraq belə bir qərar verib. London səlahiyyətliləri yeniyetmələrin təhlükəsizliyi üçün böyük texnologiya şirkətlərinin müqavimətindən qorxmadıqlarını deyirlər Sosial şəbəkələrin gənclərin psixikasına mənfi təsiri ilə əlaqədar Böyük Britaniyada da uşaqların internetə çıxış vaxtının məhdudlaşdırılması məsələsinə baxılır. Hazırda ölkədə qüvvədə olan “İnternet təhlükəsizliyi haqqında” qanun sosial şəbəkələrin sahiblərini uşaqları zərərli məzmundan qorumağa məcbur edir Qeyd edək ki, Fransa, Danimarka, Polşa və Yunanıstan kimi bir sıra Avropa ölkələri belə məhdudiyyətlər tətbiq etməyi düşünür


