Britaniya yeniyetmələr üçün sosial şəbəkələri qadağan edəcək
Böyük Britaniyanın baş naziri Keir Starmer 16 yaşdan kiçik yeniyetmələr və uşaqlar üçün bir sıra sosial şəbəkələrə qadağa qoyulmasını elan etməyə hazırlaşır. Bu barədə “Bloomberg” müvafiq rəsmilərə istinadən məlumat yayıb Agentliyin məlumatına görə, Starmer hökumətin valideynlərlə məsləhətləşmələr

Böyük Britaniyanın baş naziri Keir Starmer 16 yaşdan kiçik yeniyetmələr və uşaqlar üçün bir sıra sosial şəbəkələrə qadağa qoyulmasını elan etməyə hazırlaşır. Bu barədə “Bloomberg” müvafiq rəsmilərə istinadən məlumat yayıb Agentliyin məlumatına görə, Starmer hökumətin valideynlərlə məsləhətləşmələrini başa vurduqdan sonra mövqeyini sərtləşdirib. Texnologiya naziri Liz Kendalın sözlərinə görə, sorğunun on iştirakçısından doqquzu belə məhdudiyyətlərin tətbiqini dəstəkləyib Britaniya hökuməti hazırda iki tənzimləmə variantını nəzərdən keçirir. Birincisi, 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə tam qadağa qoyulmasını nəzərdə tutur. İkincisi, sosial şəbəkələrin və mobil proqramların əsas funksiyalarına giriş üçün yaş məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur "Biz qadağanı nəzərdən keçiririk" dedi Kendall Reuters agentliyi Londonun fevralın 16-da 16 yaşdan kiçik yeniyetmələrin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq planları barədə məlumat yayıb


