Tenqri
Ana Səhifə
Dünya

“Britaniya ilə Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur” - Nazir

Böyük Britaniyanın investisiya naziri, lord Ceyson Stokvud iki ölkə arasında iqtisadi tərəfdaşlığının yeni mərhələsini dəstəkləmək, yüksək səviyyəli investisiya və maliyyə müzakirələri aparmaq məqsədilə gəlib 525.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb “Bri

0 baxış525.az
“Britaniya ilə Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur” - Nazir
Paylaş:

Böyük Britaniyanın investisiya naziri, lord Ceyson Stokvud iki ölkə arasında iqtisadi tərəfdaşlığının yeni mərhələsini dəstəkləmək, yüksək səviyyəli investisiya və maliyyə müzakirələri aparmaq məqsədilə gəlib 525.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb “Britaniyanın investisiya nazirinin ilk dəfə Bakıya səfəri ikitərəfli münasibətlərdə mühüm addım olmaqla Strateji Tərəfdaşlığın inkişafına töhfə verir. Səfər növbəti Böyük Britaniya-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın iclasına hazırlıq fonunda baş tutub. Lord Ceyson Stokvudun Bakıya səfərinin nəticəsində iki ölkə arasında investisiya və iqtisadi əlaqələr əsas ortaq prioritetlər üzrə daha da möhkəmlənib”, - açıqlamada vurğulanıb Səfər çərçivəsində Stokvud özəl və dövlət sektorunun əsas tərəfdaşları – Azərbaycan Dövlət Neft Fondu, Bakı Fond Birjası, İqtisadiyyat Nazirliyində görüşlər keçirib. Müzakirələr iki ölkə arasında investisiya və maliyyə əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanların açılmasına yönəlib “Böyük Britaniya və Azərbaycan arasında sıx və uzunmüddətli münasibətlər mövcuddur. Bakıya ilk dəfə səfər etməkdən və əsas investorlar və hökumət rəsmiləri ilə görüşməkdən məmnunam. Ən böyük xarici investor olmaqla yanaşı, Böyük Britaniya ticarət əlaqələrini daha da genişləndirir. Strateji Tərəfdaşlığımız çərçivəsində təmiz enerji, maliyyə xidmətləri və infrastruktur kimi sahələrdə ikitərəfli ticarət və investisiyaları artıracağıq – bu isə hər iki ölkədə yeni iş yerlərinin və imkanların yaranmasına töhfə verəcək”, - nazir Ceyson Stokvud deyib Bu səfər ticarət və iqtisadi artımın inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayıb Qeyd edək ki, ticarət və iqtisadi artım Avropa üzrə dövlət naziri Stiven Dautinin 2025-ci ilin avqustunda Bakıya səfəri zamanı elan edilmiş Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunlarından biridir. Hazırkı səfər həmçinin yüksək səviyyəli əlaqələr silsiləsini – ticarət komissarı Devid Ridin iyunun əvvəlindəki və ticarət elçisi Lord Alderdaysin 2025-ci ilin dekabrındakı səfərlərini davam etdirir Səfər hər iki hökumətin iqtisadi əməkdaşlıq üzrə müzakirələri irəli aparacağı Böyük Britaniya-Azərbaycan Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının ərəfəsində baş tutub “İki ölkə arasında müasir, innovativ və konkret nəticələrə hesablanan strateji tərəfdaşlığı birlikdə formalaşdırırıq. Bu, Böyük Britaniya və Azərbaycan arasında iqtisadi tərəfdaşlığın yeni dövrünü formalaşdıracaq və hər iki ölkənin vətəndaşlarına və biznes mühitinə fayda gətirəcək”, - səfirliyin məlumatında vurğulanıb

Kaynak: 525.az

Diğer Haberler