Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır
Böyük Britaniya hökuməti uşaqların ekran qarşısında keçirdiyi vaxtla bağlı ilk dəfə rəsmi tövsiyələr hazırlamağa başlayıb AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət bu məqsədlə üç həftəlik ictimai məsləhətləşmə prosesinə start verib. Toplanacaq rəylər əsasında payız aylarında 5–16 yaşlı uşaql

Böyük Britaniya hökuməti uşaqların ekran qarşısında keçirdiyi vaxtla bağlı ilk dəfə rəsmi tövsiyələr hazırlamağa başlayıb AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumət bu məqsədlə üç həftəlik ictimai məsləhətləşmə prosesinə start verib. Toplanacaq rəylər əsasında payız aylarında 5–16 yaşlı uşaqların valideynləri üçün nəzərdə tutulmuş yeni təlimat dərc olunacaq Təlimatda uşaqların gündə nə qədər ekran qarşısında olmasının məqsədəuyğunluğu, ilk smartfonun hansı yaşda alınmasına dair tövsiyə, həmçinin texnologiyadan məktəblərdə istifadə qaydaları ilə bağlı praktik məsləhətlərin yer alacağı gözlənilir Böyük Britaniyanın təhsil naziri Bridcet Fillipson bildirib ki, valideynlər etibar edə biləcəkləri aydın və praktik dəstəyə layiqdirlər. Onun sözlərinə görə, yeni təlimat ailələrə uşaqların rəqəmsal texnologiyalardan təhlükəsiz və balanslı istifadəsinə dair daha dolğun məlumat verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


