Tenqri
Ana Səhifə
Dünya

Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək

Böyük Britaniya La-Manş boğazından qanunsuz keçən miqrantlara nəzarəti gücləndirmək üçün Fransaya 660 milyon funt sterlinq (təxminən 890 milyon dollar) ödəyəcək "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud və onun fransalı həmkarı Loran Nunez tərəfindən im

0 baxışreport.az
Britaniya Fransaya təxminən 890 milyon dollar ödəyəcək
Paylaş:

Böyük Britaniya La-Manş boğazından qanunsuz keçən miqrantlara nəzarəti gücləndirmək üçün Fransaya 660 milyon funt sterlinq (təxminən 890 milyon dollar) ödəyəcək "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud və onun fransalı həmkarı Loran Nunez tərəfindən imzalanan müqavilədə göstərilib "Yeni tərəfdaşlıq çərçivəsində Fransanın şimalında nəzarətin gücləndirilməsinə 500 milyon funt sterlinq, sərhəd keçidlərinin qarşısının alınmasındakı effektivliyinə əsaslanan yeni tədbirlərin maliyyələşdirilməsinə isə əlavə 161 milyon funt sterlinq investisiya qoyulacaq", - deyə müqavilədə bildirilib Vəsaitlər əsasən Fransanın şimal sahillərində patrul xidməti göstərən polis məmurlarının sayını artırmaq üçün istifadə olunacaq. Burada şişmə qayıqlarda olan miqrantlar Britaniya sahillərinə çatmağa çalışırlar. Elan edilmiş planlara görə, onların sayı təxminən 53% artacaq - cı illərdə 907 nəfərdən cu illərdə 1400 nəfərə çatacaq Saziş, 31 martda müddəti bitən əvvəlki üç illik, 478 milyon funt sterlinq dəyərində müqaviləni əvəz edib. Lakin bu, miqrant axınının qarşısını ala bilməyib - keçən il onların sayı əvvəlki iki illə müqayisədə artıb Ümumilikdə, 2025-ci ildə Böyük Britaniyaya qanunsuz yolla təxminən 41.500 insan daxil olub ki, bunlardan ən çoxu Eritreya, Əfqanıstan, İran, Sudan və Somalidəndir. Bu, 2022-ci ildəki pik həddən (46.000) aşağı, lakin 2024 (36.800) və 2023-cü illərin (29.400) rəqəmlərindən yüksəkdir. Bu ilin əvvəlindən bəri İngilis Kanalı vasitəsilə Böyük Britaniyaya 6000 qanunsuz immiqrant daxil olub və bəzi günlərdə bu rəqəm 600-ü keçib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler