Tenqri
Ana Səhifə
Dünya

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

Böyük Britaniyanın dövlət borcu son 25 ildə dünyanın əksər ölkələri ilə müqayisədə daha sürətlə artıb AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, bu göstərici üzrə yalnız Botsvana Britaniyanı geridə qoyur Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, Böyük Britaniyada xalis dövl

0 baxışazertag.az
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
Paylaş:

Böyük Britaniyanın dövlət borcu son 25 ildə dünyanın əksər ölkələri ilə müqayisədə daha sürətlə artıb AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, bu göstərici üzrə yalnız Botsvana Britaniyanı geridə qoyur Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, Böyük Britaniyada xalis dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 2001-ci ildəki 30,4 faizdən hazırda 95,5 faizə yüksəlib. Bu, 65 faiz bəndi artım deməkdir. Müqayisə üçün, Botsvanada eyni göstərici 2001-ci ildən bəri 167 faiz bəndi dəyişərək bu sahədə ən böyük artım qeydə alınan ölkə olub BVF xalis dövlət borcunu ölkənin öhdəlikləri ilə malik olduğu aktivlər arasındakı fərq əsasında hesablayır. Məlumatlar göstərir ki, Böyük Britaniya 2000-ci ildən bəri büdcə profisiti əldə etməyib və dövlət borcu davamlı şəkildə artıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler