"Brent" nefti 83 dollara düşdü
Qlobal enerji bazarlarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər fonunda eniş nümayiş etdirib Modern.az xəbər verir ki, Londonun “ICE” birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 4,03 dollar və ya 4,61 faiz az

Qlobal enerji bazarlarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər fonunda eniş nümayiş etdirib Modern.az xəbər verir ki, Londonun “ICE” birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 4,03 dollar və ya 4,61 faiz azalaraq bir barel üçün 83,30 dollara düşüb ABŞ-ın “Nymex” birjasında isə WTI markalı neftin iyul fyuçersləri 4,32 dollar və ya 5,09 faiz ucuzlaşaraq 80,56 dollar/barel səviyyəsində qərarlaşıb Ekspertlər qiymət enişini Yaxın Şərqdə vəziyyətin nisbətən sabitləşəcəyi ilə bağlı gözləntilər və bazar iştirakçılarının risk amillərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər Qeyd edək ki, son günlər regionda baş verən hadisələr səbəbindən neft qiymətlərində kəskin artım müşahidə olunmuşdu. Hazırda isə geosiyasi risklərin azalması enerji bazarlarında satışların güclənməsinə səbəb olub


