Brenda Castillo "Fənərbaxça"ya gəlir
Liqada və Avropada uğur qazanmağı hədəfləyən Fənərbaxça Qadın Voleybol Komandası növbəti mövsümdən əvvəl partlayıcı bir transferi rəsmiləşdirir Fevral ayında müqavilə imzaladığı iddia edilən Dominikan Respublikasının məşhur libero oyunçusu Brenda Kastilyo İtaliyadakı klubu Savino Del Bene Skandiçi

Liqada və Avropada uğur qazanmağı hədəfləyən Fənərbaxça Qadın Voleybol Komandası növbəti mövsümdən əvvəl partlayıcı bir transferi rəsmiləşdirir Fevral ayında müqavilə imzaladığı iddia edilən Dominikan Respublikasının məşhur libero oyunçusu Brenda Kastilyo İtaliyadakı klubu Savino Del Bene Skandiçini tərk etdiyini rəsmən açıqlayıb. İtaliya komandası emosional vida mesajı yayımlayaraq təcrübəli oyunçuya təşəkkür edib Sarı-göylülərin 33 yaşlı, 1,67 boylu Kastilyo ilə 2 illik müqavilə imzaladığı bildirilib. Dünyanın ən yaxşı liberolarından sayılan Kastilyo tezliklə İstanbula gələcək, rəsmi müqaviləyə imza atacaq və yeni mövsümdə ilk dəfə Vodafone Sultanlar Liqasında çıxış edəcək Son 3 mövsüm İtaliyada Savino Del Bene Skandiçi və Allianz Vero Volley Milano komandalarında çıxış edən Kastilyo Azərbaycan, Braziliya və Puerto Rikoda da çıxış edib. Dominikan Respublikası Milli Komandası ilə 3 dəfə Olimpiadaya qatılan ulduz 2021 Tokio Olimpiadasında ən yaxşı libero seçilib. Karyerasında 100-dən çox fərdi mükafata sahib olan Kastilonun "Fənərbaxça"ya qoşulması ilə böyük ulduz Sultanlar Liqasına qatılacaq


