Qədirov qardaşları Eldar Zeynalova böhtan atıblar
Son günlər Laçın rayonunun Ərdüşlü kənd sakinləri Şahin və Vüqar Qədirov qardaşları Facebook sosial şəbəkəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı əsassız iddialar, eləcə də aparat rəhbəri Eldar Zeynalovun nüfuzuna xələl gətirən məlumatlardan ibarə

Son günlər Laçın rayonunun Ərdüşlü kənd sakinləri Şahin və Vüqar Qədirov qardaşları Facebook sosial şəbəkəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı əsassız iddialar, eləcə də aparat rəhbəri Eldar Zeynalovun nüfuzuna xələl gətirən məlumatlardan ibarət mesajlar dərc ediblər İlk olaraq qeyd edək ki, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonunda, Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti qeydiyyatdadır. O, mənzil məsələsi ilə bağlı dəfələrlə Komitəyə müraciət edib və rəhbərlik tərəfindən qəbul olunub. Ərizəçiyə rəsmi şəkildə izah edilib ki, müvəqqəti yaşayış fondunda boş yer yoxdur və onun doğulduğu Ərdüşlü kəndində evlə təmin olunması məsələsinə orada bərpa işləri başa çatdıqdan sonra müəyyən edilmiş qaydada baxılacaq 8 aprel 2026-cı il tarixində Aparat rəhbəri Eldar Zeynalov Şahin Qədirovla ikinci görüş keçirib. Ərizəçi kirayədə və qohumlarının yanında yaşadığını qeyd edərək, antiterror tədbirlərindən sonra bərpa edilmiş yaşayış məntəqələrindən birində ona iki otaqlı mənzil verilməsində israr etdi Lakin Daimi Köçürmə Komissiyasının apardığı yoxlama göstərib ki, Ş. Qədirov rəsmən boşanıb. Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, bu halda yalnız bir otaqlı mənzil verilir. Vətəndaşın nəzərinə çatdırılıb ki, hazırda işğaldan azad edilən qəsəbələrdə bir otaqlı mənzil yoxdur, lakin gələcəkdə bu mənzillər istifadəyə verilərsə, onun müraciəti təmin olunacaq Əsassız tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü ilə üzləşən Şahin və Vüqar Qədirovlar şəxsi maraqları naminə sosial şəbəkələrdə Komitənin və onun məsul şəxslərinin fəaliyyəti ilə bağlı təhrif olunmuş məlumatlar yaymağa, ictimaiyyəti çaşdırmağa başlayıblar Qaçqınların və Məcburi Miqrantların İşləri üzrə Dövlət Komitəsi xatırladır ki, vəzifəli şəxslərin şərəf və ləyaqətini və ya dövlət orqanının nüfuzunu ləkələyən məlumatların qəsdən yayılması hüquqi məsuliyyətə səbəb olur. Bununla bağlı Komitə həmin vətəndaşların əməllərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır


