Tenqri
Ana Səhifə
Dünya

Amerika və Rusiyanın "Silahlı Qardaşlıq"

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı rus-amerikan “silah qardaşlığını” qeyd ediblər, Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev bildirib. Bu barədə RBC yazır “Prezidentlər telefon danışığında Rusiya-Amerika silah qardaşlığının əhəmiyyətini əlaqələrim

0 baxışhaqqin.az
Amerika və Rusiyanın "Silahlı Qardaşlıq"
Paylaş:

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı rus-amerikan “silah qardaşlığını” qeyd ediblər, Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev bildirib. Bu barədə RBC yazır “Prezidentlər telefon danışığında Rusiya-Amerika silah qardaşlığının əhəmiyyətini əlaqələrimizin möhkəmlənməsinə kömək edən müsbət hadisə kimi qeyd etdilər”, - deyə səfir belə bir tanınmanı “çox vacib” adlandırıb Darçiyev Trampla Putin arasında son telefon danışığının nəticə verəcəyi ilə bağlı suala da müsbət cavab verib: "Mən belə düşünürəm. Əminəm ki, bəli" Səfir əlavə edib ki, Moskva ilə Vaşinqton arasında əlaqələr o qədər də tez olmasa da, “bərpa olunur”. Darçiyev bu proses üçün Putinlə Trampın yaxşı şəxsi münasibətlərini vacib adlandırıb. Və hazırkı Amerika hakimiyyəti, Darçiyevə görə, əlaqələrin bərpasına "müsbət münasibət" nümayiş etdirir Bundan əvvəl iki prezident aprelin sonunda bir-birinə zəng etmişdilər. Tramp Putinlə danışığı “çox yaxşı” adlandırıb və diqqəti Ukraynaya yönəltdiklərini deyib

Kaynak: haqqin.az

Diğer Haberler