bp Azəri-Çıraq-Günəşli yataqlar blokunda son qazma işlərinin gedişini açıqlayıb
BAKI, Azərbaycan, 3 iyun. Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda indiyədək 400-dən çox quyu qazılıb. Trend -in məlumatına görə, bunu bp şirkətinin lay üzrə mühəndisi Gülüstan Kərimova Bakıda bp tərəfindən həyata keçirilən texnologiyalarla bağlı keçirilən xüsusi media ses

BAKI, Azərbaycan, 3 iyun. Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda indiyədək 400-dən çox quyu qazılıb. Trend -in məlumatına görə, bunu bp şirkətinin lay üzrə mühəndisi Gülüstan Kərimova Bakıda bp tərəfindən həyata keçirilən texnologiyalarla bağlı keçirilən xüsusi media sessiyasında deyib O xatırladıb ki, bp bu il AÇG yatağında neft hasilatını artırmaq üçün iki pilot layihəni həyata keçirməyə başlayıb: BrightWater və IWAG “Onların məqsədi yerdə qalan əlavə neft ehtiyatlarını hasilata cəlb etməkdir AÇG daha yetkin və mürəkkəb inkişaf mərhələsinə keçdikcə, diqqət təbii hasilatın azalmasının idarə edilməsinə və qalan ehtiyatlardan daha səmərəli istifadəyə yönəlib Buna nail olmaq üçün şirkət seysmik tədqiqatlar, quyular, hasilat göstəriciləri və geoloji modellər də daxil olmaqla müxtəlif mənbələrdən böyük məlumat dəstlərindən istifadə edir. Məlumatların emalı yüksək məhsuldar hesablama və bulud texnologiyalarından istifadə etməklə həyata keçirilir Bundan əlavə, yerli startapla əməkdaşlıqda müxtəlif mənbələrdən məlumatları birləşdirən və onların işlənməsini sürətləndirən, sahənin idarə edilməsi və quyuların planlaşdırılması ilə bağlı daha effektiv qərarlar qəbul etməyə imkan verən rəqəmsal alət hazırlanıb”, o qeyd edib Kərimova onu da vurğulayıb ki, bp məlumatların işlənməsini sürətləndirmək, yeraltı təsvirlərin keyfiyyətini artırmaq və mühəndislərə qərar qəbul etmək üçün daha dəqiq məlumat vermək üçün süni intellekt texnologiyalarından istifadə edir
Diğer Haberler

Özbəkistan və AYİB kapital bazarında islahatlar və maliyyə infrastrukturunun inkişafı məsələlərini müzakirə edirlər

Özbəkistanın “Trastbank”ı səhm kapitallaşması hesabına kapitalın 83,8 milyon dollar artırılmasını təsdiqləyib
