Tenqri
Ana Səhifə
Dünya

BP rəsmisi: Dəniz platformaları artıq məsafədən idarə oluna bilər

Bakıda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda keçirilən “Technovation” tədbirində enerji sektorunda rəqəmsal transformasiya, innovativ texnologiyalar və sənaye proseslərində yeni nəsil həllərin tətbiqi müzakirə olunub Publika.az

0 baxışpublika.az
BP rəsmisi: Dəniz platformaları artıq məsafədən idarə oluna bilər
Paylaş:

Bakıda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusunda keçirilən “Technovation” tədbirində enerji sektorunda rəqəmsal transformasiya, innovativ texnologiyalar və sənaye proseslərində yeni nəsil həllərin tətbiqi müzakirə olunub Publika.az xəbər verir ki, tədbirdə çıxış edən ekspertlər xüsusilə süni intellekt, dron texnologiyaları və “rəqəmsal əkiz” (digital twin) sistemlərinin enerji sənayesində yaratdığı imkanlara toxunublar Qeyd olunub ki, bu texnologiyalar həm əməliyyatların təhlükəsizliyini artırır, həm də qərarvermə proseslərini daha dəqiq və operativ edir. Xüsusilə dəniz platformalarında uzaqdan idarəetmə və monitorinq imkanlarının genişlənməsi ön plana çıxıb Tədbirdə çıxış edən BP şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova müasir dron texnologiyalarının artıq enerji sektorunda geniş tətbiq olunduğunu bildirib Onun sözlərinə görə, dronlar vasitəsilə təhlükəli zonalarda insan iştirakı olmadan monitorinq aparılır, avadanlıqların vəziyyəti yoxlanılır, görüntülər və texniki məlumatlar real vaxt rejimində ötürülür O, həmçinin “rəqəmsal əkiz” texnologiyasının tətbiqindən danışaraq qeyd edib ki, bu sistem dəniz platformalarının virtual modelini yaradır və mühəndislərə həmin obyektləri məsafədən idarə etmək imkanı verir “Əgər dənizdə hər hansı avadanlığın dəyişdirilməsi lazım olarsa, bunu ofisdən və ya dünyanın istənilən nöqtəsindən həyata keçirmək mümkündür. Dəqiqlik millimetrlərə qədər çatır və bu, qəbul edilən qərarların keyfiyyətinə birbaşa təsir edir”, - deyə o bildirib Marianna Kərimova vurğulayıb ki, transformasiya yalnız texnologiya deyil, eyni zamanda insan kapitalının inkişafı ilə bağlı prosesdir. Onun sözlərinə görə, əsas məqsəd yalnız mövcud texnologiyalardan istifadə edən deyil, həm də onları yaradan yeni nəsil mühəndislərin yetişdirilməsidir O əlavə edib ki, Azərbaycanda mövcud texniki bacarıqlar yüksək səviyyədədir və BP bu potensialın inkişafına töhfə verməyi hədəfləyir. Şirkət bu istiqamətdə təhsil və təlim imkanlarının genişləndirilməsi üçün əməkdaşlıqlar həyata keçirir “Bizim məqsədimiz Azərbaycanın növbəti iqtisadi inkişaf mərhələsində daha böyük rol oynamaqdır və insan kapitalının inkişafı bu transformasiyanın əsas hissəsidir”, - deyə o qeyd edib Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir Nazir müşaviri Azərbaycanın yeni iqtisadi hədəfini açıqladı Azərbaycan data mərkəzləri üçün regional mərkəz ola bilər - Fariz Cəfərov Etibar Məhərrəmova Müdafiə Nazirliyində yüksək vəzifə verildi - FOTO Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas sütunudur - Samir Vəliyev İstanbul Bəyannaməsi Ermənistanı qorxutdu: Cənubi Qafqazda cəmi iki dövlət var? Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək “Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb? Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq

Kaynak: publika.az

Diğer Haberler