Tenqri
Ana Səhifə
İqtisadiyyat

bp AÇG-də 400-dən çox quyu qazıb

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunda indiyədək 400-dən çox quyu qazılıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bp şirkətinin sahə işlənməsi üzrə mütəxəssisi Gülüstan Kərimova Bakıda bp-nin tətbiq etdiyi texnologiyalarla bağlı xüsusi media sessiyasında bildirib O x

0 baxışday.az
bp AÇG-də 400-dən çox quyu qazıb
Paylaş:

Azərbaycanın “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunda indiyədək 400-dən çox quyu qazılıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bp şirkətinin sahə işlənməsi üzrə mütəxəssisi Gülüstan Kərimova Bakıda bp-nin tətbiq etdiyi texnologiyalarla bağlı xüsusi media sessiyasında bildirib O xatırladıb ki, BP bu il AÇG yatağında neft hasilatını artırmaq üçün iki pilot layihəni həyata keçirməyə başlayıb - BrightWater və IWAG “Onların məqsədi layda qalan əlavə neft ehtiyatlarını istehsalata gətirməkdir AÇG daha yetkin və mürəkkəb işlənmə mərhələsinə keçdiyi üçün əsas diqqət hasilatın təbii azalmasının idarə edilməsinə və qalan ehtiyatlardan daha səmərəli istifadəyə verilir Bunun üçün şirkət seysmik tədqiqatlar, quyular, hasilat məlumatları və geoloji modellər də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatlardan istifadə edir. Məlumatların emalı yüksək məhsuldar hesablama gücü və bulud texnologiyalarından istifadə etməklə həyata keçirilir Bundan əlavə, yerli startapla əməkdaşlıqda müxtəlif mənbələrdən alınan məlumatları birləşdirən və onların emalını sürətləndirən rəqəmsal alət hazırlanıb ki, bu da yataqların idarə edilməsi və yeni quyuların planlaşdırılması ilə bağlı daha effektiv qərarlar qəbul etməyə imkan verir”, o qeyd edib G.Kərimova onu da vurğuladı ki, bp məlumatların emalının sürətləndirilməsi, yeraltı təsvirlərin keyfiyyətinin yüksəldilməsi və mühəndisləri qərarların qəbulu üçün daha dəqiq informasiya ilə təmin etmək üçün süni intellekt texnologiyalarından istifadə edir Qeyd edək ki, layihənin operatoru AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin iştirakçıları adından BP Exploration (Caspian Sea) Limited şirkətidir. İştirak payları aşağıdakı kimi bölüşdürülüb: bp (operator - 30,37%), SOCAR - 35,30%, MOL - 9,57%, INPEX - 9,31%, ExxonMobil - 6,79%, TPAO - 5,73% və ONGC Videsh - 2,92% Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler