BP-nin baş icraçı direktorunun Azərbaycana səfəri çərçivəsində iki sənəd imzalanıb
BP-nin baş icraçı direktoru Meq O’Nilin və şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin Azərbaycana planlaşdırılmış ikigünlük işgüzar səfərləri çərçivəsində iki sənəd imzalanıb Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, görüş çərçivəsində iqtisadiyyat naziri

BP-nin baş icraçı direktoru Meq O’Nilin və şirkətin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin Azərbaycana planlaşdırılmış ikigünlük işgüzar səfərləri çərçivəsində iki sənəd imzalanıb Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, görüş çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və Meq O’Nilin iştirakı ilə iki Anlaşma Memorandumu imzalanıb: İqtisadiyyat Nazirliyi ilə BP arasında hazırda Nazirliyin rəhbərliyi altında yaradılmaqda olan yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturu ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu; SOCAR ilə BP arasında enerji sahəsində uzunmüddətli əməkdaşlığın təşviqi, daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair Anlaşma Memorandumu


