Tenqri
Ana Səhifə
Dünya

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Azərbaycan qabaqcıl texnologiyalardan istifadə ilə yanaşı, həm də onların inkişafında iştirak edə biləcək yeni nəsil mühəndislərin yetişdirilməsi üçün əhəmiyyətli potensiala malikdir AZƏRTAC xəbər verir ki, bu açıqlamanı bp-nin transformasiya və texnologiya üzrə meneceri Marianna Kərimova Bakıda da

0 baxışazertag.az
bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər
Paylaş:

Azərbaycan qabaqcıl texnologiyalardan istifadə ilə yanaşı, həm də onların inkişafında iştirak edə biləcək yeni nəsil mühəndislərin yetişdirilməsi üçün əhəmiyyətli potensiala malikdir AZƏRTAC xəbər verir ki, bu açıqlamanı bp-nin transformasiya və texnologiya üzrə meneceri Marianna Kərimova Bakıda davamlı inkişaf və enerji keçidinə həsr olunmuş “Technovation” forumunda çıxışı zamanı verib Onun sözlərinə görə, rəqəmsal texnologiyalar artıq istehsal proseslərini kökündən dəyişdirir. Məsələn, təxminən səkkiz il əvvəl bp ilk dəniz dronunu təqdim edib və bu, indi məhdud obyekti cəmi 45 dəqiqəyə yoxlaya bilir. Halbuki əvvəllər həmin proses həftələr tələb edən mütəxəssis işi tələb edirdi Marianna Kərimova şirkətin rəqəmsal ikili texnologiyalarından fəal şəkildə istifadə etdiyini diqqətə çatdırıb. Dəniz platformaları üçün virtual modellər yaradılıb ki, bu da mühəndislərə işləri layihələndirməyə və dəyişiklikləri uzaqdan - Bakıdan və ya dünyanın istənilən yerindən qiymətləndirməyə imkan verir. Bu yanaşma yüksək dəqiqliyi təmin edir və daha effektiv qərar qəbuletməni asanlaşdırır Eyni zamanda, menecer rəqəmsal transformasiyanın yalnız texnologiya ilə bağlı olmadığını vurğulayıb “Uğurun əsas amili insanlardır. Azərbaycanın istedadlı, dünyasəviyyəli texniki mütəxəssisləri var. Bu gün ölkədə təkcə müasir texnologiyalarla işləməklə kifayətlənməyəcək, həm də onların yaradılmasında iştirak edəcək mühəndislər yetişdirmək imkanları var”, - deyə bp nümayəndəsi bildirib Onun sözlərinə görə, insan kapitalının inkişafı şirkətin əsas prioritetlərindən biri olaraq qalır. Belə ki, bp innovasiyaların tətbiqi və peşəkar kadrların hazırlanması vasitəsilə Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsini dəstəkləməyi özünün vəzifəsi hesab edir Marianna Kərimova daha sonra qeyd edib ki, işçilərin işə yanaşma və düşüncə tərzini dəyişdirmədən, uğurlu transformasiya mümkün deyil “Texnologiya öz-özlüyündə hazır həll yolu deyil. Real dəyişiklik sıravi işçilərdən tutmuş şirkət rəhbərliyinə qədər bütün səviyyələrdə dəyişiklikləri qəbul etməyə hazır olmağı tələb edir”, - deyə o vurğulayıb. Menecer əlavə edib ki, ən səmərəli nəticələr yeni texnologiyaların tətbiqi təşəbbüslərinin yalnız rəhbərlikdən deyil, həm də həmin vasitələrdən gündəlik işlərində istifadə edən işçilərin özlərindən gəldiyi zaman əldə edilir Açıqlamanın sonunda bp nümayəndəsi izah edib ki, şirkət tərəfindən Azərbaycanda tətbiq edilən bir çox innovativ həll əvvəlcə ölkədə sınaqdan keçirilir və daha sonra şirkətin fəaliyyət göstərdiyi digər bölgələrə yayılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler