Tenqri
Ana Səhifə
Dünya

Bosfor boğazında azərbaycanlı qadının meyiti tapılıb

Bosfor boğazında bir neçə gün əvvəl İstanbulda itkin düşən azərbaycanlı Məxfurə Hüseynovanın meyiti tapılıb AZƏRTAC xəbər verir ki, 44 yaşlı qadın mayın 2-də axşam saatlarında İstanbulun Kadıköy bölgəsindən Beşiktaşa gedən şəhərdaxili sərnişin gəmisinə mindikdən sonra yoxa çıxıb. Gəminin göyərtəsin

0 baxışazertag.az
Bosfor boğazında azərbaycanlı qadının meyiti tapılıb
Paylaş:

Bosfor boğazında bir neçə gün əvvəl İstanbulda itkin düşən azərbaycanlı Məxfurə Hüseynovanın meyiti tapılıb AZƏRTAC xəbər verir ki, 44 yaşlı qadın mayın 2-də axşam saatlarında İstanbulun Kadıköy bölgəsindən Beşiktaşa gedən şəhərdaxili sərnişin gəmisinə mindikdən sonra yoxa çıxıb. Gəminin göyərtəsində qadına aid çanta tapılsa da, özü barədə məlumat almaq mümkün olmayıb. Onun Kadıköydə gəmiyə mindiyi, lakin Beşiktaşda enmədiyi nəzarət kameralarından əldə olunan görüntülərlə təsdiqlənib Qadının axtarışlarına İstanbul Dəniz Limanı Şöbə Müdirliyinə məxsus 2, Sahil Təhlükəsizliyinə aid 1 və Sahil Mühafizə Xidmətinə məxsus 1 qayıq cəlb edilib Qadının meyiti Bosfor boğazının İstanbulun Haydarpaşa ərazi sularında tapılıb Meyit ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler