Borsa İstanbul yeni məlumat mərkəzini iyulun 1-də istifadəyə verəcək
Borsa İstanbul mövcud data mərkəzində üzvlərimizə, yerli və xarici investorlara, xidmət və infrastruktur təminatçılarına və məlumat yayımı təşkilatlarına beynəlxalq standartlarda xidmət göstərir. Bazar iştirakçılarının tələbi və gələcək illərdəki artım proqnozu nəzərə alınmaqla dizayn edilən və uzun

Borsa İstanbul mövcud data mərkəzində üzvlərimizə, yerli və xarici investorlara, xidmət və infrastruktur təminatçılarına və məlumat yayımı təşkilatlarına beynəlxalq standartlarda xidmət göstərir. Bazar iştirakçılarının tələbi və gələcək illərdəki artım proqnozu nəzərə alınmaqla dizayn edilən və uzun illər bazarlarımızın ehtiyaclarını ödəməsi planlaşdırılan yeni data mərkəzi 2026-cı il iyulun 1-də istifadəyə veriləcək. Beləliklə, investorlarımızın bazarlara sürətli və təhlükəsiz çıxışı davam etdiriləcək. Yeni məlumat mərkəzində istifadəyə veriləcək kabinetlər yüksək enerji və soyutma qabiliyyətinə malik olacaq Yeni data mərkəzində tutumun artırılması nəticəsində daha çox bazar iştirakçısının bu xidmətdən istifadə etmək imkanı əldə edəcəyi düşünülür ki, bu da bazarlardakı əməliyyatların həcminə müsbət təsir edərək likvidliyin artmasına töhfə verəcək və bazar keyfiyyətini daha da yaxşılaşdıracaq

