İqlim dəyişikliyi ilə mübarizə: FAO Qırğızıstanda 400 mindən çox ağac əkib - | 24 kq
Bu yaz FAO-nun iqlim dəyişikliyi ilə mübarizə layihəsi çərçivəsində Qırğızıstanın dörd rayonunda 400 mindən çox meşə və meyvə tingləri əkilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb Bildirilir ki, Üzgen, Suzak, Ak-Tala və Toğuz-Toro rayonlarında dövlət meşə fondu torpaqlarında və bələdiyyə

Bu yaz FAO-nun iqlim dəyişikliyi ilə mübarizə layihəsi çərçivəsində Qırğızıstanın dörd rayonunda 400 mindən çox meşə və meyvə tingləri əkilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb Bildirilir ki, Üzgen, Suzak, Ak-Tala və Toğuz-Toro rayonlarında dövlət meşə fondu torpaqlarında və bələdiyyə ərazilərində 500 hektardan çox sahədə əkinlər aparılıb Bu ərazilər Narın, Cəlal-Abad və Oş vilayətlərinin iqlim baxımından ən həssas əraziləri seçilib. 27 il ərzində aparılan iqlim müşahidələrinə görə, burada orta illik temperatur 1,5 dərəcə artıb. Bir sıra ərazilərdə yağıntıların azalması, eləcə də sürüşmə və sel kimi təbii fəlakətlərin sayında artım müşahidə olunur “Elmi araşdırmaların nəticələrinə əsasən, əkilməsi üçün aşağıdakı növlərdən olan tinglər seçilib: Qırğızıstanın iqlim şəraitinə uyğunlaşdırılmış, yüksək müqavimətə və karbonu udmaq qabiliyyətinə malik Tyan-Şan ladini, ardıc, qoz, badam, qovaq, alma, ərik, gavalı”, - deyə FAO məlumat yayıb Eyni zamanda, layihə çərçivəsində təkcə tinglər deyil, həm də lazım olan yerlərdə qoruyucu hasarlar və damcı suvarma sistemləri üçün materiallar da verilir. Yerli sakinlərə iqlim dəyişikliyinə uyğunlaşma, təbii ehtiyatlardan davamlı istifadə, meşələrin və otlaqların səmərəli idarə edilməsi və yaxşılaşdırılması üzrə də təlimlər keçirilir Ümumilikdə layihə 6 min hektardan çox ərazidə meşələrin bərpasını planlaşdırır 5 iyun Ümumdünya Ətraf Mühit Günü hər il bütün dünyada qeyd olunur. FAO layihəsi Qırğızıstan Respublikasında 2023-cü ildən milli tərəfdaşlarla birlikdə və Yaşıl İqlim Fondunun maliyyəsi ilə həyata keçirilir


