Bora Atagören: Azərbaycan şəhərsalma sahəsində Türk dünyası üçün nümunəvi mərkəzə çevrilib
Son illərdə Azərbaycan şəhərsalma, memarlıq və müasir planlaşdırma sahəsində əldə etdiyi nailiyyətlərlə nəinki regionda, həm də qlobal miqyasda bu sahənin diqqətçəkən mərkəzlərindən birinə çevrilib Bunu AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətindən olan memar Bora Atagören bildirib Mem

Son illərdə Azərbaycan şəhərsalma, memarlıq və müasir planlaşdırma sahəsində əldə etdiyi nailiyyətlərlə nəinki regionda, həm də qlobal miqyasda bu sahənin diqqətçəkən mərkəzlərindən birinə çevrilib Bunu AZƏRTAC-a açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətindən olan memar Bora Atagören bildirib Memar Azərbaycanın xüsusilə son 20 ildə şəhərsalma sahəsində böyük transformasiya həyata keçirdiyini qeyd edərək deyib: “Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) sadəcə şəhərsalma tədbiri deyil, eyni zamanda, gələcəyin şəhərlərinin necə formalaşacağının müzakirə olunduğu çox önəmli beynəlxalq platformadır. Belə nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki müasir Azərbaycan bu gün şəhərsalma, infrastruktur, memarlıq estetikası, dayanıqlı urbanizasiya və “ağıllı” şəhər tətbiqləri sahəsində bir çox ölkədən daha qabaqcıl vizyona sahibdir. Xüsusilə Bakı şəhərinə baxdığımız zaman onun tarixi kimliyini itirmədən modernləşməyi bacaran nadir şəhərlərdən biri olduğunu görürük” Azərbaycanın şəhərsalma yanaşmasında mədəni kimliyin qorunmasının mühüm yer tutduğunu vurğulayan B.Atagören bildirib ki, bu gün dünyanın bir çox şəhərində modernləşmə naminə tarixi irs məhv edilir. Lakin Azərbaycan bunu çox balanslı şəkildə idarə edən ölkələr sırasındadır: “Bakıda bir tərəfdən İçərişəhər ruhunu hiss edərkən, digər tərəfdən müasir memarlığın güclü nümunələrini görmək mümkündür. Bu isə Azərbaycan memarlığının nə qədər şüurlu şəkildə inkişaf etdiyini göstərir. Ənənəvi Türk-İslam memarlığının müasir xətlərlə birləşməsi həqiqətən çox təsirlidir” Ölkəmizin təkcə estetik deyil, həm də texniki infrastruktur baxımından mühüm tərəqqiyə nail olduğunu vurğulayan memar bildirib ki, müasir Azərbaycan artıq sadəcə vizual gözəlliyi ilə seçilən binalar tikmir, eyni zamanda, insan amilinə əsaslanan şəhərlər inşa edir. “Ağıllı” nəqliyyat sistemləri, ekoloji layihələr, dayanıqlı enerji, yaşıl ərazi planlamaları və sosial həyatyönümlü şəhərsalma yanaşması bu gün bir çox inkişaf etmiş ölkələrin şəhərləri ilə rəqabət apara biləcək səviyyədədir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda müharibədən sonra qurulan yeni şəhər layihələri dünya şəhərsalma ədəbiyyatında öyrəniləcək qədər önəmli işlərdir Memar bildirib ki, Azərbaycan şəhərsalma sahəsində Türk dünyası üçün də nümunəvi mərkəzə çevrilib: “Türk dünyasında şəhərsalma vizyonu baxımından Azərbaycanın xüsusi mövqeyə sahib olduğunu düşünürəm. Çünki Azərbaycan yalnız öz şəhərlərini inkişaf etdirmir, eyni zamanda, Türk dövlətləri arasında ortaq şəhərsalma mədəniyyətinin formalaşmasına da töhfə verir. WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi Türk dünyasının beynəlxalq platformalardakı gücünü də göstərir Şimali Kipr Türk Cümhuriyyətində də şəhərləşmə və şəhər planlaması sahəsində Azərbaycanın təcrübəsindən faydalanmağın vacib olduğuna inanıram. Xüsusilə müasir şəhərsalma ilə milli mədəniyyətin birlikdə qorunması məsələsində Azərbaycan çox uğurlu model ortaya qoyub. Bu, yalnız memarlıq baxımından deyil, eyni zamanda, milli kimliyin qorunması baxımından da çox dəyərlidir. Bu gün Azərbaycan artıq yalnız enerji, diplomatiya və iqtisadiyyatla deyil, memarlıq, şəhərsalma və mədəni vizyonu ilə də dünyada güclü mövqeyə yüksəlib. WUF13-ün Azərbaycanda keçirilməsi bu uğurun beynəlxalq səviyyədə də qəbul olunduğunun açıq göstəricisidir. İnanıram ki, bu forum gələcəyin şəhərləri ilə bağlı dünyaya mühüm mesajlar verəcək və Azərbaycanın müasir şəhərsalma anlayışını daha geniş auditoriyaya tanıdacaq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


