Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransına ev sahibliyi edir (FOTO)
Bolt Bakıda Sea Breeze Resort-da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil etdi Tədbirdə Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Quru Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxil olmaqla dövlət

Bolt Bakıda Sea Breeze Resort-da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil etdi Tədbirdə Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Quru Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxil olmaqla dövlət qurumlarının nümayəndələri, eləcə də sürücü tərəfdaşları və tələbələr yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının hazırlanmasını müzakirə etmək üçün bir araya gəlib Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılması, dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsi və təhlükəsiz hərəkət standartlarının inkişafına töhfə vermək olub. Tədbirin moderatorluğu Bolt Regional İctimai Siyasət Meneceri Yuliya Maliç və Bolt Biznes üzrə Baş Meneceri Salman Babazadə olub Açılış nitqi zamanı Bolt İctimai Siyasət Direktoru Tom Tuxworth şirkətin təhlükəsizlik və uyğunluq təşəbbüsləri haqqında danışdı Tom Tuxworth çıxışında Azərbaycanda tətbiq edilən təhlükəsizlik həllərini də vurğuladı. O qeyd edib ki, hər Bolt səfəri sürücünün selfisinin yoxlanılması ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər proqramdaxili SOS funksiyasına çıxış əldə edirlər Boltun sözlərinə görə, platformada səfərlərin 99,9%-i heç bir bildirilmiş təhlükəsizlik insidentləri olmadan tamamlanır. Şirkət həmçinin tətbiqdaxili təhlükəsizlik xüsusiyyətlərinin artan qəbulunu qeyd etdi. Hazırda sərnişinlərin təxminən yarısı səfər paylaşma funksiyasından istifadə edir, 400 000-dən çox istifadəçi “etibarlı kontaktlar” funksiyasını aktivləşdirib və audio səfər qeydindən istifadə 40%-dən çox artıb Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti Vüsal Rəcəbli yol hərəkəti təhlükəsizliyi mədəniyyətinin, sürücünün məsuliyyətli davranışının və ictimaiyyətin maarifləndirilməsinin vacibliyini qeyd edib Tədbirdə AZCON Sisteminin direktoru Samir Əliyev də çıxış edərək yol təhlükəsizliyində mövcud çətinlikləri və sürücülərin qarşılaşdıqları gündəlik məsələləri müzakirə edib Tədbir çərçivəsində “Qlobal platformalarda təhlükəsizlik” adlı sessiya keçirilib. Müzakirələrdə Bolt şirkətinin nümayəndəsi Ketrin Merser, qadın sürücü Gülnaz Kazımzadə, AmCham Təchizat Zənciri Komitəsinin sədr müavini Maarifə Paşayeva və AMAK direktoru Vüsal Rəcəbli iştirak edib Maarifə Paşayeva çıxışı zamanı Boltun Azərbaycanda təqdim etdiyi “Guardian” təhlükəsizlik həllini də təqdim edib. Bu xidmətin bir hissəsi olaraq, sərnişinlər real vaxt rejimində etibarlı kontaktları ilə səyahətlərinin 360 dərəcə canlı videosunu paylaşa bilərlər. Xüsusi təhlükəsizlik qrupu səfərlərə nəzarət edir və fövqəladə hallarda cavab verir Konfrans çərçivəsində Bolt Azərbaycan şirkətinin baş meneceri İlkin Zeynallı ilə Sabah.Hub İnnovasiya Mərkəzinin İdarə Heyətinin üzvü Orxan Abbasov arasında da memorandumun imzalanması elan edilib. Tərəfdaşlıq innovasiya, təhsil və təhlükəsizlik sahələrində birgə təşəbbüsləri həyata keçirmək məqsədi daşıyır Konfrans zamanı Bolt Akademiyası 2025-ci ilin ən peşəkar və ən təhlükəsiz sürücü partnyorlarını tanıdı.Bundan əlavə, yol təhlükəsizliyi müsabiqəsində fəal iştirak edən tələbələr sertifikat və hədiyyələr aldılar


