Bolqarıstanda keçirilən festivalda Azərbaycanın mədəni irsi nümayiş olunub
Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "BSS İllik Beynəlxalq Festivalı 2026" mədəni tədbirində təmsil olunub "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb Bildirilib ki, festival çərçivəsində Azərbaycanın z

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "BSS İllik Beynəlxalq Festivalı 2026" mədəni tədbirində təmsil olunub "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb Bildirilib ki, festival çərçivəsində Azərbaycanın zəngin mədəni irsi dünyanın müxtəlif yerlərindən olan insanlara nümayiş etdirilib "Günün xüsusi diqqət çəkən məqamı azərbaycanlı şagirdlər tərəfindən Azərbaycanın ənənəvi "Uzundərə" rəqsinin ifa edilməsi olub. Bu da tamaşaçıları heyran edib" Qeyd edək ki, "BSS İllik Beynəlxalq Festivalı 2026" Bolqarıstandakı Sofiya Britaniya Məktəbi tərəfindən hər il keçirilən böyük mədəni tədbirdir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


