Bolqarıstan parlamenti Rumen Radevin yeni hökumətini təsdiqləyib
Bolqarıstan parlamenti “Proqressiv Bolqarıstan” Partiyasının lideri Rumen Radevin formalaşdırdığı yeni hökumətin tərkibini təsdiqləyib AZƏRTAC xəbər verir ki, “The Sofia Globe” nəşrinin məlumatına görə, yeni hökumətin lehinə 122 deputat, əleyhinə isə 70 deputat səs verib, təxminən 40 nəfər bitərəf

Bolqarıstan parlamenti “Proqressiv Bolqarıstan” Partiyasının lideri Rumen Radevin formalaşdırdığı yeni hökumətin tərkibini təsdiqləyib AZƏRTAC xəbər verir ki, “The Sofia Globe” nəşrinin məlumatına görə, yeni hökumətin lehinə 122 deputat, əleyhinə isə 70 deputat səs verib, təxminən 40 nəfər bitərəf qalıb Parlamentdə çıxış edən Radev bildirib ki, onun hökuməti “milli suverenliyi möhkəmləndirməyi və Bolqarıstanın maraqlarını konstruktiv yanaşma ilə dəstəkləməyi” hədəfləyir. O, Sofiyanın Avropa İttifaqında və NATO-da “səsini” gücləndirmək niyyətindədir. Radev, həmçinin Bolqarıstanın hərbi münaqişələrə cəlb olunmasına yol verməyəcəyini vəd edib Xatırladaq ki, Rumen Radevin partiyası apreldə keçirilən parlament seçkilərində seçicilərin təxminən 45 faizinin dəstəyini qazanaraq qalib gəlib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


