Düşənbədə 35 mindən çox şüşə saxta uşaq dərmanı ələ keçirilib
Paytaxt Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsizlik tələblərinə cavab verməyən, keyfiyyətsiz, saxta dərman vasitələrinin istehsalı və yayılması ilə mütəşəkkil cinayətkar dəstə məşğul olub “Antisanitar şəraitdə keyfiyyət standartlarına zidd olaraq “Nurofen”, “

Paytaxt Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsizlik tələblərinə cavab verməyən, keyfiyyətsiz, saxta dərman vasitələrinin istehsalı və yayılması ilə mütəşəkkil cinayətkar dəstə məşğul olub “Antisanitar şəraitdə keyfiyyət standartlarına zidd olaraq “Nurofen”, “Ambrobene Extra”, “Parasetamol”, “Ambroksol”, “Lazolvan”, “Teraflu-M” və digər ilkin olaraq xəstə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş toz və şərbətlər istehsal olunub”, - deyə idarədən bildirilib Əməliyyat zamanı 35,9 min butulka şərbət, 405 mindən çox bağlama, təlimat və etiketlər, 600 kiloqramdan çox xammal, o cümlədən 10 ədəd narkotik vasitələrin istehsalı üçün avadanlıq götürülüb Daxili İşlər Nazirliyi əlavə edib ki, bu cinayətkar qruplaşma üzvlərinin saxlanılaraq məsuliyyətə cəlb edilməsi, ilk növbədə, insanların, xüsusilə də uşaqların sağlamlığının və həyatının qorunmasına imkan verib. Faktla bağlı Tacikistan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb Xatırladaq ki, qazaxıstanlı həkimlər Tacikistanda həkimlər üçün ustad dərsləri keçiblər


