Azərbaycanda 300 mindən çox məcburi köçkün yaxşılaşdırılmış mənzil almışdır
Azərbaycanda 300 mindən çox məcburi köçkün yaxşılaşdırılmış mənzil şəraiti ilə təmin olunub Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitənin sədri Musa Quliyev d

Azərbaycanda 300 mindən çox məcburi köçkün yaxşılaşdırılmış mənzil şəraiti ilə təmin olunub Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitənin sədri Musa Quliyev deyib “Məcburi köçkünlərin sosial problemlərinin həlli üçün Azərbaycan Prezidenti bu illər ərzində 75 fərman və sərəncam imzalayıb, Milli Məclis isə 11 qanun qəbul edib Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 mindən çox insanın mənzil şəraiti yaxşılaşdırılıb “Bu illər ərzində dövlət tərəfindən təhsil və vergi sahəsində güzəştlər, vahid aylıq müavinətin ödənilməsi, ünvanlı sosial yardımın verilməsi, məşğulluq proqramlarının icrası, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri vasitəsilə məcburi köçkün ailələrinə dövlət tərəfindən daimi dəstək göstərilib”, - deyə M.Quliyev əlavə edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

