Tenqri
Ana Səhifə
Dünya

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Toğrul Məmmədov İtaliyanın nüfuzlu Sapienza, Bologna, Milan və Genova universitetlərinin magistratura proqramlarına qəbul alıb BMU-dan AZƏRTAC-a bildirilib ki, o, təhsilini Milan Universitetində davam etdirmək ni

0 baxışazertag.az
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
Paylaş:

Bakı Mühəndislik Universitetinin (BMU) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Toğrul Məmmədov İtaliyanın nüfuzlu Sapienza, Bologna, Milan və Genova universitetlərinin magistratura proqramlarına qəbul alıb BMU-dan AZƏRTAC-a bildirilib ki, o, təhsilini Milan Universitetində davam etdirmək niyyətindədir. BMU-da təhsil aldığı müddətdə Toğrul Məmmədov universitet laboratoriyalarında müxtəlif elmi-tədqiqat işlərində iştirak edib. Onun araşdırmaları dərman bitkilərindən bioloji aktiv maddələrin ayrılması, həmçinin səthi-aktiv maddələrin sintezi, onların neft dağılmalarının parçalanmasında və antimikrobial təsirinin öyrənilməsi istiqamətlərini əhatə edib Elmi fəaliyyətinin mühüm nəticələrindən biri olaraq, səthi-aktiv maddələrin xassələrinin tədqiqinə həsr olunmuş araşdırmasının nəticələri əsasında dünyanın nüfuzlu elmi nəşrlərindən sayılan Q1 kateqoriyalı “Journal of Molecular Liquids” nəşrində həmmüəllif kimi məqaləsi dərc edilib Gənc tədqiqatçı, habelə hidrazon törəmələrinin innovativ sintezi ilə bağlı elmi iş aparıb və əldə etdiyi nəticələri respublika səviyyəli elmi konfransda təqdim edib Toğrul Məmmədov istehsalat təcrübəsini “SOCAR Downstream” şirkətində və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda keçərək kimya texnologiyaları, biotexnologiya, mikrobiologiya və biokimya sahələrində praktik biliklərini inkişaf etdirib. O, elmi fəaliyyəti ilə yanaşı, universitetin ictimai-mədəni həyatında da fəal iştirak edib və müxtəlif layihə, təlim, hakatonlarda uğurla təmsil olunaraq mükafatlar qazanıb BMU tələbəsi gələcəkdə elmi fəaliyyətini beynəlxalq səviyyədə davam etdirməyi və Azərbaycanı qlobal elmi mühitdə layiqincə təmsil etməyi hədəfləyir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler