Tenqri
Ana Səhifə
Dünya

BMU Çin universiteti ilə birgə tələbə qəbulu aparır

Bakı Mühəndislik Universitetində (BMU) yeni beynəlxalq təhsil layihəsinə start verilib Modern.az xəbər verir ki, BMU ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə əməkdaşlığı çərçivəsində PKTU-BMU Mühəndislik fakültəsi yar

0 baxışmodern.az
BMU Çin universiteti ilə birgə tələbə qəbulu aparır
Paylaş:

Bakı Mühəndislik Universitetində (BMU) yeni beynəlxalq təhsil layihəsinə start verilib Modern.az xəbər verir ki, BMU ilə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) birgə əməkdaşlığı çərçivəsində PKTU-BMU Mühəndislik fakültəsi yaradılıb. Bu ildən etibarən fakültəyə tələbə qəbulu həyata keçiriləcək Məlumata görə, fakültənin əsas üstünlüklərindən biri beynəlxalq ikili diplom proqramıdır. Akademik göstəriciləri yüksək olan tələbələr təhsillərinin üç ilini Azərbaycanda, bir ilini isə Çində davam etdirərək həm BMU-nun, həm də PKTU-nun diplomlarını əldə etmək imkanı qazanacaqlar Yeni fakültədə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi istiqamətləri üzrə mütəxəssislər hazırlanacaq. Tədris prosesi hər iki ali təhsil müəssisəsinin yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkil olunacaq Bildirilib ki, tələbələr birgə elmi-tədqiqat layihələrində iştirak edə, akademik mübadilə proqramlarından yararlana, innovativ texnologiyalarla işləmək və beynəlxalq elmi mühitdə təcrübə qazanmaq imkanı əldə edə biləcəklər Qeyd edək ki, yeni fakültənin yaradılması Azərbaycan və Çin arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, tələbələrə beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq, elmi və innovativ fəaliyyətlərə qoşulmaq üçün geniş imkanlar təqdim edir PKTU-BMU Mühəndislik fakültəsinin fəaliyyətə başlaması gələcəyin texnologiyalarını mənimsəmək və qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır

Kaynak: modern.az

Diğer Haberler