Tenqri
Ana Səhifə
Dünya

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Mühəndislik Universiteti ilə (BMU) Çin Xalq Respublikasının Sian Şiyou Universiteti (Xi’an Shiyou University-XSYU) arasında əməkdaşlıq imkanlarına dair görüş keçirilib. Görüşdə BMU-nun professor-müəllim heyəti, Elm və Təhsil Nazirliyinin əməkdaşları, həmçinin XSYU-nun rəhbərliyi, akademik heyət

0 baxışazertag.az
BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Paylaş:

Bakı Mühəndislik Universiteti ilə (BMU) Çin Xalq Respublikasının Sian Şiyou Universiteti (Xi’an Shiyou University-XSYU) arasında əməkdaşlıq imkanlarına dair görüş keçirilib. Görüşdə BMU-nun professor-müəllim heyəti, Elm və Təhsil Nazirliyinin əməkdaşları, həmçinin XSYU-nun rəhbərliyi, akademik heyəti iştirak edib Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan ilə Çin arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. Qeyd edib ki, Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış səmimi dostluq münasibətləri və qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoq əməkdaşlığın bütün istiqamətlər üzrə, eləcə də ali təhsil müəssisələri arasında yeni birgə layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradıb Rektor BMU-nun son illər Çin ali təhsil müəssisələri ilə formalaşdırdığı əməkdaşlıq əlaqələrindən bəhs edib. BMU-nun 2025-ci ildən Çin universitetləri ilə bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirən ilk ali təhsil ocağı olduğunu xatırladan Yaqub Piriyev bildirib ki, müxtəlif istiqamətlər üzrə icrasına başlanılan bu proqramlar tələbələrin beynəlxalq təcrübə qazanması, tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor Çin universitetləri ilə tərəfdaşlığın genişlənməsinin BMU-nun beynəlmiləlləşmə strategiyasının vacib istiqamətlərindən biri olduğunu qeyd edib və XSYU ilə qurulacaq əməkdaşlığın hər iki ali məktəbin akademik, elmi potensialının inkişafına töhfə verəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar açacağına, eyni zamanda, uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edəcəyinə inamını vurğulayıb Yaqub Piriyev, eyni zamanda, BMU-nun fəaliyyəti haqqında ətraflı məlumat verib. Son illər QS reytinqində mühüm irəliləyiş əldə edən universitetdə mühəndislik, informasiya texnologiyaları, memarlıq, iqtisadiyyat və digər sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlandığını diqqətə çatdıran rektor tədris proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırıldığını bildirib. Həmçinin BMU-nun geniş maddi-texniki bazaya malik olduğu, elmi fəaliyyət və innovasiyaların inkişafına xüsusi önəm verdiyi, beynəlxalq əməkdaşlıq şəbəkəsini davamlı genişləndirdiyi ifadə olunub Öz növbəsində XSYU-nun prorektoru Zhang Rongjun universitetin tədris və elmi-tədqiqat fəaliyyəti, strateji inkişaf prioritetləri və beynəlxalq tərəfdaşlıq istiqamətləri barədə informasiyalar təqdim edib. XSYU-nun xüsusilə enerji, neft-qaz mühəndisliyi, geologiya, informasiya texnologiyaları və tətbiqi elmlər sahəsində güclü akademik bazaya malik olduğu bildirilib. Zhang Rongjun BMU-nun son illərdə əldə etdiyi nailiyyətləri və beynəlxalq əlaqələr sahəsində qazandığı uğurları müsbət qiymətləndirib, əməkldaşlığın qarşılıqlı təcrübə mübadiləsi baxımından faydalı olacağına əminliyini qeyd edib Görüşdə hər iki universitet arasında əməkdaşlığın perspektiv istiqamətləri ətraflı müzakirə olunub. Müzakirələr zamanı birgə elmi-tədqiqat fəaliyyətinin təşkili, professor-müəllim heyəti və tələbələr üçün mübadilə proqramlarının həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması və birgə elmi əməkdaşlıq mexanizmlərinin tətbiqi imkanları kimi istiqamətlər nəzərdən keçirilib Müzakirələrdən sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəd təhsil, tədqiqat və akademik inkişaf sahələrində təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ortaq layihələrin həyata keçirilməsi, birgə laboratoriyaların yaradılması və digər əməkdaşlıq mexanizmlərinin araşdırılmasını nəzərdə tutur Qonaqlar BMU-nun Texnoparkı və laboratoriyaları ilə tanış olub. Burada yaradılmış müasir elmi-tədqiqat, innovasiya infrastrukturu onlarda yüksək təəssürat yaradıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler