Tenqri
Ana Səhifə
Dünya

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Bakı Mühəndislik Universiteti (BMU) müasir təhsil modeli və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi sayəsində abituriyentlərə əmək bazarının müasir tələblərinə cavab verən peşəkar bilik və bacarıqlara, innovativ düşüncə tərzinə və qlobal təcrübəyə yiyələnmək üçün geniş imkanlar təqdim edir Universitet

0 baxışazertag.az
BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı
Paylaş:

Bakı Mühəndislik Universiteti (BMU) müasir təhsil modeli və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi sayəsində abituriyentlərə əmək bazarının müasir tələblərinə cavab verən peşəkar bilik və bacarıqlara, innovativ düşüncə tərzinə və qlobal təcrübəyə yiyələnmək üçün geniş imkanlar təqdim edir Universitetdən AZƏRTAC-a bildirilib ki, bu il BMU-da bakalavriat səviyyəsində üç ikili diplom proqramına qəbul həyata keçiriləcək. Həmin proqramlar tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, xarici universitetlərin təcrübəsindən yararlanmaq, məzun olduqda iki nüfuzlu ali təhsil müəssisəsinin diplomuna sahib olmaq imkanı yaradır İkili diplom proqramlarından biri BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti tərəfindən birgə yaradılmış və bu ildən fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik fakültəsi çərçivəsində həyata keçirilir. Fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Bu modelə əsasən, tələbələr üç il BMU-da, bir il isə Çində təhsil alacaqlar. Akademik göstəriciləri müəyyən edilmiş meyarlara cavab verən tələbələr hər iki universitetin diplomunu əldə etmək hüququ qazanacaqlar. Fakültədə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi üzrə yüksəkixtisaslı kadrların hazırlanması nəzərdə tutulur Digər proqram isə BMU ilə İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən etibarən “cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunur. Dövlət Proqramı əldə edilən uğurlu nəticələrə görə Prezident İlham Əliyevin 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb. BMU-İNHA ikili diplom proqramının ikinci mərhələsində əmək bazarının tələblərinə uyğun və yüksək perspektiv vəd edən ixtisas istiqamətləri üzrə qəbul aparılır. Bunlara kompüter elmləri (süni intellekt mühəndisliyi), data analitikası (data elmləri), informasiya texnologiyaları, elektrik və elektronika mühəndisliyi daxildir BMU-nun üçüncü ikili diplom proqramı ötən ildən Pekin Kimya Texnologiyaları Universiteti ilə ikitərəfli müqavilə çərçivəsində həyata keçirilir. Bu proqram Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində yaradılmış ilk ikili diplom proqramı olmaqla, xüsusi əhəmiyyət daşıyır. Proqram kimya mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, kimya, biotexnologiya və biznesin idarə edilməsi ixtisaslarını əhatə edir. Təhsil 2+2 modeli əsasında təşkil olunur: tələbələr ilk iki ili BMU-da, son iki ili isə Çində təhsil alırlar. Akademik tələbləri uğurla yerinə yetirən tələbələr təhsillərinin yekununda hər iki universitetin diplomunu əldə edirlər Bu gün qlobal rəqabət şəraitində uğurlu mütəxəssis olmaq yalnız nəzəri biliklərlə kifayətlənmir. Beynəlxalq təcrübə, innovativ düşüncə, rəqəmsal bacarıqlar və fərqli akademik mühitlərdə təhsil almaq gələcəyin əsas üstünlükləri hesab olunur. BMU-da həyata keçirilən ikili diplom proqramları məhz bu üstünlükləri qazanmaq istəyən gənclər üçün geniş imkanlar açır. Beynəlxalq standartlara uyğun təhsil almaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində bilik və təcrübə qazanmaq, məzun olduqda iki diplom əldə etmək və qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişmək istəyənlər üçün BMU doğru seçimdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler