Tenqri
Ana Səhifə
Dünya

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin

0 baxışazertag.az
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
Paylaş:

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib Universitetdən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, YAP Abşeron rayon 40 saylı ərazi təşkilatının sədri Bayram Hüseynzadə Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski ilə üz-üzə qalmışdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal edilirdi. Bayram Hüseynzadə vurğulayıb ki, xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev özünün yüksək dövlətçilik təfəkkürü, strateji baxışı, siyasi iradəsi və nadir şəxsiyyətə xas xüsusiyyətləri sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində taleyüklü addımların atılmasına nail olub. Ulu Öndər Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsinin qarşısını alaraq xilaskarlıq missiyasını uğurla yerinə yetirib. Ümummilli Liderin gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışan, tələbələrə tövsiyələrini çatdıran prorektor Milli Qurtuluş Gününün xalqımızın iradəsinin, dövlətçilik əzminin və milli birliyinin rəmzi kimi tarixdə əbədi qalacağına inamını ifadə edib BMU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov çıxışında Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlandığını deyib. Vurğulayıb ki, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu və iqtisadi dirçəliş istiqamətində mühüm addımlar atılıb, neft müqavilələri imzalanıb. Ulu Öndərin siyasi nüfuzu və diplomatik məharəti nəticəsində Ermənistanla atəşkəs sazişi əldə edilib. Bu mühüm saziş dövlətin müdafiə qabiliyyətinin, iqtisadi gücünün möhkəmlənməsinə xidmət edib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə aparan yolu şərtləndirən mühüm amillərdən biri olub. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında milli kadr hazırlığının xüsusi yer tutduğunu söyləyən prorektor əlavə edib ki, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi, dövlət idarəçiliyində milli kadrların irəli çəkilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin inkişafına mühüm töhfə verib. Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi qüdrətinin və müdafiə imkanlarının daha da möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Azərbaycan regionda söz sahibi kimi mövqeyini gücləndirib Sonra Ümumi fənlər kafedrasının müəllimi Teyyubə Hüseynova, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan BMU “YENİ Klub”un sədri İlqar Sarıyev çıxış ediblər. Çıxışlarda müasir Azərbaycanın uğurlarının təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasının dayandığı, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilən bu siyasi kursun ölkəmizin bütün istiqamətlərdə mövqeyini daha da gücləndirdiyi bildirilib. Eyni zamanda, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, güclü təhsil sisteminin formalaşdırılması və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğu önə çəkilib, Vətən müharibəsində qazanılan tarixi Zəfərin güclü dövlətçilik ənənələri, müasir ordu və xalq birliyinin məntiqi nəticəsi kimi xarakterizə edilib Tədbirin sonunda BMU-nun rektoru Yaqub Piriyev YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələrini təqdim edib. Həmçinin universitetin sosial-ictimai həyatında fərqlənən tələbələrə təşəkkürnamələr verilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler